Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:39

Tacikistan prezidenti birtərəfli atəşkəs elan edib



Tacikistan prezidenti Emomali Rahmon ölkənin şərqində yaraqlılarla qarşıdurmalara son qoymaq üçün birtərəfli qaydada atəşkəs elan etdiyini bildirib. Hökumət həmçinin regiondakı yaraqlılara silahı təhvil verib təslim olacaqları halda amnistiya verdiyini bildirir.

Dünən bu istiqamətdə yaraqlılarla atışmada 50-ə yaxın adam həlak olub. Rəsmilər həlak olanlardan 12 nəfərinin əsgər, 30-a yaxının isə yaraqlı olduğunu bildirirlər.

Qarşıdurmanın baş verdiyi Gorno-Badakhshan regionun qubernatoru bildirib ki, prezident iyulun 25-də səhər müdafiə nazirliyinin rəsmilərini də bölgəyə göndərərək danışıqlara başlamağı tapşırıb.

Hələlik yaraqlıların kimlər olduğu açıqlanmır. Atışma keçən şənbə günü general Abdullo Nazarovun öldürülməsindən sonra bölgəyə qoşun yeridilməsindən sonra başlayıb.
XS
SM
MD
LG