Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

Azərbaycanda Milli Mətbuat günü qeyd edilir


Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi

İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixinə əsaslanır.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində «Əkinçi» qəzetinin ilk sayını nəşr etdirə bilib.
Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra prezidentinin sərəncamı ilə «Əkinçi» qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.
Hər ilin bu günü ölkədə rəsmi və qeyri rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilir.
Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) - Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi («Cəmiyyəti-Xeyriyyə»,1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk turkdilli qazetin – «Əkinçi»-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906) olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG