Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57
London-2012-nin avstraliyalı iştirakçısı bəyan edib ki, Olimpiya şəhərciyində ona qarşı ayrı-seçkilik edilib.

Ona oyunların iştirakçısı olan, həm də atıcı kimi Avstraliyanı təmsil edən arvadı ilə bir otaqda yaşamağa imkan verilməyib.

Avstraliya Olimpiya Komitəsi yarışların davam etdiyi müddətdə atıcı Russell Mark'a xanımı Loreen'lə eyni otaqda yaşamağı qadağan edib. Halbuki ər və arvad – hər ikisi nəinki Avstraliya olimpiya millisinin rəsmi üzvləridirlər, hətta idmanın eyni növündə çıxış edəcəklər.

Cənab Mark ailəsinə qarşı ayrı-seçkiliyə etiraz edib. Bildirib ki, onda olan məlumata görə, Olimpiya şəhərciyində homoseksual idmançı cütlərin eyni otaqları paylaşmalarına imkan yaradılıb. Hərçənd o, konkret ad çəkməyib.

Russell Mark inanır ki, Avstraliya Atıcılıq Federasiyasından qaynaqlanan bu qadağanın arxasında Loreen’in kişi jurnalları üçün çəkdirdiyi fotoşəkillər və onun özünün yuxu dərmanları məsələsində mövqeyi durur.

Avstraliya olimpiyaçılarına yuxu dərmanlarından istifadə qadağan edilib, lakin Russell Mark bu barədə tam əks mövqedədir.

Loreen Mark'ın fotolarına gəlincə isə, onlar kişilər üçün «Zoo» jurnalında dərc edilib.
Ümumiyyətlə, deyilməlidir ki, ingilisdilli mətbuat qadın idmançıların erotizmə yaxın fotolarını dərc etməyə çox meyllidir.

Avstraliya Olimpiya Komitəsi bildirib ki, atıcı ər-arvad bir yerdə yatmaq istəyirlərsə, Olimpiya şəhərciyindən çıxıb istədikləri oteldə qala bilərlər.

Loreen isə deyib ki, «Zoo» jurnalından aldığı qonorarı Kral Uşaq Xəstəxanasına köçürüb.
Lakin hətta bu da Avstraliya MOK-u mütəəssir etməyib.
Yaponiyanın qadın futbolçuları

Yaponiyanın qadın futbolçuları


YAPON İDMANÇILARIN TƏYYARƏDƏ YER DAVASI

Yaponiyanı London Olimpiadasında təmsil edəcək qadınlardan ibarət futbol komandası da onlara qarşı cinsi ayrı-seçkilikdən qəzəblənib.

«The Daily Telegraph» qəzeti yazır ki, «Nadeshiko Japan» adı ilə tanınan bu məşhur komanda ötən yay Almaniyada keçirilən dünya çempionatında birincilik qazanıb və London Olimpiadasının potensial qızıl medalçısı sayılır.

Məsələ burasındadır ki, futbolçu qadınlar Tokio-London təyyarə reysində «economy class» bölümündə yerləşdiriliblər. Halbuki kişi futbolçulara «business class»da yer ayrılıb.

Yaponiyalı qadın futbolçular deyirlər ki, onlar ən azı bərabər diqqətə layiq idilər.

Qadınlar israr edirlər ki, Yaponiya kişi futbolçuları son dəfə 1968-ci ilin Olimpiya Oyunlarında medal qazanıblar, lakin onlar 1996-cı il Atlanta Olimpiadasından bəri uçuşlar zamanı «business class»da xumarlanırlar.

Yaponiya qadın futbol komandasından Sawa deyir:

«Onlar bu il qızıl medalları əldə etmək üçün var qüvvələrini sərf edəcəklər. Yəqin ki, bu halda onlara da təyyarənin kişilər uçan dəbdəbəli hissəsində yerlər verildi».
XS
SM
MD
LG