Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21
Azərbaycanda bir qrup kinematoqrafçı Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKI) tərk edərək yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

Yeni yaradılan ittifaqdan bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin şəxslər -

əməkdar incəsənət xadimi, Dövlət Mükafatı Laureatı, Prezident təqaüdçüsü Ramiz Fətəliyev,

xalq artisti, Prezident təqaüdçüsü Tariel Qasımov,

əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Natiq Rəsulzadə,

əməkdar incəsənət xadimi Ələkbər Muradov,

əməkdar incəsənət xadimi Yavər Rzayev,

əməkdar incəsənət xadimi Ənvər Əbluc,

əməkdar mədəniyyət işçisi Tağı Babayev,

əməkdar mədəniyyət işçisi Əziz Məmmədov,

kino təşkilatçısı Faiq Əliyev,

kinorejissor Hafis Fətullayevdir.

İyulun 11-də isə Azərbaycan Kinematoqrafçılar İttifaqının 8 üzvü - Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman Məmmədov və Aydın Kazımzadə qurumdan çıxmaq üçün ərizə yazmışdı.

İ.İsabalayeva
Trend

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG