Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:45

Rasim Balayev: «Şəfiqə Məmmədovanın doqquz evi var. Mənim bir mənzilimi hədəf götürüb"


Rasim Balayev

Rasim Balayev

"Şəfiqə Məmmədovanın doqquz evi var. Mənim bir mənzilimi hədəf götürüb. Bu insanlar riyakardırlar".

Bu sözləri Azərbaycan Kinomatoqrafçılar Ittifaqının (AKİ) baş katibi Rasim Balayev onun haqqında səslənən tənqidi fikirlərə münasibət bildirərkən söyləyib.

- Bu şəxsləri Rüstəm İbrahimbəyova qarşı öyrədiblər. Bu şəxsləri biz yaxşı tanıyırıq. Onlar intiriqa ilə yaşayan insanlardır. Vaxtı ilə bizdə işləyəndə iş görmək istəmirdilər. Oqtay Mirqasımovu da hamı yaxşı tanıyır. Nə Şəfiqə Məmmədovanın, nə də Oqtay Mirqasımovun mənəvi haqqı yoxdur bu cür danışmağa.

Xatırladaq ki, yeni yaradılan Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının rəhbəri Şəfiqə Məmmədova və İdarə Heyətinin üzvü Oktay Mir-Qasım mətbuata açıqlamalarında Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi AKİ-ni sərt tənqid ediblər, onu kinoya yox, öz rəhbərlərinin şəxsi maraqlarına xidmət etməkdə suçlayıblar.

R.Balayev onu da vurğulayıb ki, yaradılan alternativ qurum onların ideyalarını oğuramaqla fəaliyyət göstərmək istəyir: «Məsələn, regionlarımızda Azərbaycan kinosunun təbliğ olunması ilə bağlı biz dəstək üçün müraciət etmişdik. Amma belə dəstək göstərilmədi. Əgər bu layihəni yaradılan alternativ qurum reallaşdırarsa, bu da bizim qələbəmiz olacaq».

R.İbrahimbəyov isə Ş.Məmmədova və O.Mir-Qasımın söylədikləri ilə bağlı danışmaq istəmədiyini deyib.«Mənə qarşı çox gülməli ittihamlar səsləndirirlər. Onlara cavab vermək istəmirəm".

Azadlıq qəzeti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG