Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

Qərarı verən sən olsaydın, gömrükdə rüşvəti birdəfəlik necə kəsərdin?


-

“Hörmət etmək adətimizə çevrilib. Könüllü şəkildə hörmət etmirik məcbur olub veririk”

Elman Abdullayev

Elman Abdullayev

Bunu AzadlıqRadiosunun “Korrupsiometr” proqramında Gömrük Komitəsində
şəffaflıq mövzusunda canlı polemika zamanı sahibkar Elman Abdullayev deyib.

Onun sözlərinə görə gömrük işçiləri sahibkarları o həddə çatdırırlar ki, onlar gətirdikləri malı elə gömrükçülərə satmalı olurlar:

- Gömrükdə hər şey məmurların arasında bölüşdürülüb, hər məmurun orada biznesi var. Mənim kimi ticarətçi, biznesmen bir işlə məşğul olmaq istəyəndə məmur qarşısına çıxır, pis təsir göstərir, adam hər şeyini verib uzaqlaşmaq istəyir.

Sahibkar deyir ki, yalnız gömrük orqanlarından şikayətçi deyil. Broker adlanan vasitəçilər də sahibkarlara qənim kəsiliblər:

- Bu gün dövlət strukturundan kənarda brokerlər bizə problemlər yaradır. Bunlar varımızı-yoxumuzu bizdən alırlar.

Proqramın digər qonağı, Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev isə deyir ki, gömrükdə rüşvət olmağına var, amma bunun səbəbkarı təkcə Cümşüd Nuriyev

Cümşüd Nuriyev

gömrük işçiləri deyil, həm də rüşvəti verən sahibkarlardır:

- İşi təzə başlayanda sahibkarların imkanı elə də böyük olmur. Onlar daha çox gəlir əldə etmək istəyirlər. Təbii ki, bundan da bəzi gömrük işçiləri yararlanmaq istəyirlər. Məcbur etmə mexanizmi yoxdur indi. Bütün hallarda burada insanlar nəfsin əsiri olur, istər gömrükdə, istər sahibkarlarda.

Cümşüd Nuriyev onu da əlavə etdi ki, vahid pəncərə sisteminin tətbiqindən sonra gömrük sistemində rüşvət də azalıb:

- Artıq sahibkarla gömrük işçisi arasındakı bütün əlaqələr aradan qalxıb. Vahid pəncərə sisteminin tətbiqindən sonra gömrük komitəsindən 11 nəfər məhz rüşvət alıb, qrup şəklində sahibkarlarla əlaqəyə girdiyinə görə həbs olundu, 30-a qədər adam da işdən çıxarılıb.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Proqrama telefonla qoşulan müstəqil iqtisadçı-ekspert Qubad İbadoğlu apardığı tədqiqatların nəticəsində Azərbaycanın 16 ölkə ilə xarici ticarət əməliyyatlarında 10.6 milyard dollarlıq kənarlaşmanın olduğunu deyib:

- Günahın sahibkarlarda olmasının tərəfdarı deyiləm. Kənarlaşmaya şərait yaradan sırf gömrük məmurudur. Sahibkar da başqa cür işləyə bilmir, çünki alternativ yoxdur. O baxımdan da bu prosesdə məmurların özünün günahını, məsuliyyətini daha ciddi hesab edirəm. Başqa cür də sahibkarın işləməsinə imkan yoxdur.
Bu sistemdə korrupsiyanın olmasının başlıca səbəblərindən biri rejimin xarakterindən asılıdır. Hər bir dövlət məmuru istəyir ki fürsətdən istifadə edib daha çox qazansın.

Proseslərin yaranmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, islahatlar getmir, dəyişiklik yoxdur, əsas səbəblərdən biri də ədalətsiz rəqabət sisteminin tətbiq olunmasıdır.


Canlı debatı tam şəkildə burada dinlə:




Proqramda qonqların gömrük sistemində rüşvət və korrupsiyanı birdəfəlik kəsmək üçün irəli sürdükləri təkliflər:


Qubad İbadoğlu:
- Sistem yenilənməlidir, Avropa standartlarına, elektron xidmətlərə uyğunlaşdırılmalıdır.
- Sənədlərin nəzarətdən keçirilməsi şərtləri ilə bağlı böyük beynəlxalq konvensiyalar əsas götürülməlidir.
- Qeyri-qanuni yollarla ölkəyə gətirilən, qeydiyyata salınmayan böyük dövriyyənin həcmi azalmalıdır.

Cümşüd Nuriyev:
- Azərbaycanda tarif şurasının fəaliyyəti gücləndirilməlidir.
- Daxili bazarda monitorinq aparılmalıdır.
- Vergi yükü azaldılmalıdır.
- Gömrük rüsumları azaldılmalıdır.
- Tam elektron xidmətlər sisteminə keçilməlidir.
Təklifin, başına gələn əhvalatlar, şərhin, hər nəyin var aşağıdakı foruma göndər, debata sən də qoşul.

Şərhləri göstər

XS
SM
MD
LG