Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Bakı Baş Gömrük İdarəsinin «sarı kağız» parolu


Mixail Zlatkovskinin anti-korrupsiya karikaturası

Mixail Zlatkovskinin anti-korrupsiya karikaturası

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin düz qonşuluğundakı Bakı Baş Gömrük İdarəsində «sarı kağız» parolundan geniş istifadə olunur. Bu «sarı kağız»ı Gömrük Bəyannaməsinin üzərinə 3-cü mərtəbədə oturan Maliyyə Tarif Şöbəsinin şöbə rəislərindən biri yapışdırır. Həmin kağızın üzərində qələmlə «3» rəqəmi yazılır və altından imza atılır. (Sahibkarlar deyir ki, həmin rəqəm mərtəbəni göstərir) Apardığım bir neçə günlük müşahidədən, həm də sənədlərinin üstünə «sarı kağız» yapışdırılan bir neçə sahibkardan öyrəndiyimə görə həmin «sarı kağız» parolu çox şeylərdən xəbər verir.

Gömrükdə «sarı kağız» parolu Sahibkarın ölkəyə gətirdiyi Yükün Gömrük Bəyannaməsi üzərində həmin sarı kağızın yapışdırılması o deməkdir ki, hər şey qaydasındadır. Yəni sahibkar rəsmi və qeyri-rəsmi bütün ödənişləri edib. İş adamları «sarı kağız» parolunu sahibkarlar üçün «yaşıl işıq» adlandırırlar.

Sahibkar üzərinə «sarı kağız» yapışdırılan Yükün Bəyannamə sənədlərini Bakı Baş Gömrük İdarəsindəki Vahid Pəncərəyə təqdim edir və həmin sarı kağız sənədin üstündən qoparılıb stolun altına yığılır. Bundan sonra sahibkarın sənədləri qeydiyyata salınır və sonra özünə verilir ki, gedib yükünü götürə bilsin.

Elə bu dediklərim də eyni ünvanda, Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin lap qonşuluğunda olur.

Bütün sənədləri qaydasında olsa belə bəzi biznesmenlər var ki, onların gətirdiyi malların sərbəst bazara çıxarılmasına icazə verilmir. Belə ki sahibkar bütün rüsumları ödəyəndən sonra da hansı malı gətiribsə o sahəyə nəzarət edən şəxsdən icazə almalıdırlar.

Söhbətimizin əvvəlində dediyim ki, hətta Gömrük idarələrində polkovnik-leytenant rütbəsində olan şöbə rəisləri belə rəsmi vəzifəsi, rütbəsi olmayan həmin şəxslərin razılığı olmadan heç bir yükün buraxılmasına icazə verə bilməz. Bu icazə hökmən olmalıdır.

Ancaq icazə veriləndən sonra da sahibkarın sərbəst bazara çıxışına imkan verilmir.

Həmsöhbətim olan iş adamlarının dediyinə görə, bu məsələyə müəyyən bir nəzarət var.

Yəni belə bir nəzarət olmasa onda sahibkarlar gətirdikləri malları özləri bazara çıxara bilərlər. Nəticədə bazarda bolluq yarana və qiymətlər xeyli ucuzlaşa bilər. Sahibkarlar deyir ki, bolluq və ucuzlaşma isə inhisarçılara çatacaq «çirkli» pulların azalması deməkdir.

Gömrükdə «Əlinin papağı Vəlinin başına» nə vaxt qoyulur və ya Gömrüyün öz Məmmədi var

Rusiyadan şüşə gətirərkən dəfələrlə problemlərlə üzləşən sahibkar Ədalət Abbasov deyir ki, mal idxal edənlərlə, həmin malı satanların qanunsuzluğa sövq edilməsinin təməli gömrükdə qoyulur. Bəzi sənədlərin dəyişdirilməsi, qiymətin aşağı göstərilməsi kimi proseslərdən sonra ölkəyə mal gətirən sahibkarın qanunları pozmadan fəaliyyət göstərməsi qeyri-mümkündür.

«Biz bir dəfə mal gətirirdik bizdən dövlətə nə qədər vergi köçürülməlidir onu istədilər. Biz deyəndə köçürmüşük, onda dedilər əlavəsini verin. Orda prosedur belədir ki, sahibkara gətirdiyi malı başqa firmanın adına sənədləşdirmək təklif olunur. Nəticədə başqasının adına olan malın vergiyə çatacaq hissəsini malın əsl sahibindən tam olaraq alırlar. Malın sahibi sənsən, amma sənədləri Məmmədin adınadır. Artıq mal sənin olmur. Mal kimin adına sənədləşdirilibsə onun adına həmin sənədlər saxtalaşdırılır. 40-50 manatlıq malın qiyməti sənədlərdə 5 manat göstərilir. Sən həmin malı götürüb mağazada sənədsiz sata bilmədiyin üçün məcbursan həmin firmadan öz malının qiymətilə bağlı sənəd alasan».

Ədalət Abbasov deyir ki, sahibkar öz malının sənədini Məmməddən alanda Məmməd ona uzaqbaşı 6 manatlıq sənəd verə bilir. Belə bir sənədlə vergi ödəyicisinin düzgün işləməsi isə mümkünsüzdür. Belə vəziyyətdə sahibkarların hamısı «vergi orqanı nə vaxtsa gəlib yoxlayar» qorxusu altında olur. Nəticədə fəaliyyəti genişləndikcə, pulu çoxaldıqca sahibkar bu qorxunu özündə daha da yaxından hiss edir. Sahibkarlar özləri etiraf edirlər ki, belə idarəetmə yuxarılar üçün əvəzolunmaz idarəetmə sayıla bilər. Yəni malı, var-dövləti olmasına və bunu halal yolla qazanmasına baxmayaraq sahibkar yenə də qorxa-qorxa fəaliyyət göstərir. Fəaliyyətinin nə vaxtsa yoxlanacağı qorxusu sahibkarı öz kölgəsi kimi heç vaxt tərk etmir.

ŞÜŞƏNİN TONUNA ALINAN RÜŞVƏT

GÖMRÜKDƏN VERGİLƏRƏ ÖTÜRÜLƏN «PAS»

XS
SM
MD
LG