Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

Ermənistanda döyülüb öldürülən zabit dəfn edilib


Vahe Avetyan'ın dəfn mərasimi, Yerevan, 2 iyul, 2012

Vahe Avetyan'ın dəfn mərasimi, Yerevan, 2 iyul, 2012

Yerevanda restoranların birində döyülən və aldığı yaralardan ölən erməni zabiti iyulun 2-də dəfn edilib. Mərasimə çox sayda ictimai fəallar, partiya təmsilçiləri qatılıblar. Cənazəni hərbi orkestr müşayiət edib.

Hərbi xəstəxanada LOR-həkim (burun-boğaz həkimi) kimi çalışan Vahe Avetyan iyunun 17-də Yerevandakı «Arsnakar» restoranında döyülmüşdü. Aralarında yaranmış mübahisəyə görə restoranın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ölümcül döyülmüş zabit iyunun 29-da xəstəxanada keçinib.

Bu hadisə Ermənistan cəmiyyətində kəskin etiraz doğurub. Bir neçə gündür ki, Ermənistanda prokurorluğun, prezident administrasiyasının qarşısında günahkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirilir.

«Arsnakar» Ermənistanda hakim partiyanın deputatlarından Ruben Ayrapetyan'ın nəzarətindədir. Hadisəyə görə restoranın təhlükəsizlik xidmətinin əməkdaşlarından bir neçəsi saxlanıb.

İyulun 2-də keçirilən dəfn mərasimində Ermənistan ordusunun Baş Qərargah rəisi Yuri Khachaturov da iştirak edib. O, AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində ordu zabitini döyənləri hədələyib:

«Hər kəsə xəbərdarlıq edirəm ki, orduya barmaqlarını uzatmasınlar. Sonuncu dəfə deyirəm və xəbərdarlıq edirəm - onların mühafizəçiləri, silahlı qüvvələri var, özlərini yaxşı aparsınlar».

Müxalifət partiyaları Ruben Ayrapetyan'ın deputat mandatından məhrum edilməsini tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG