Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:12

Yerevanda döyülən həkimlərdən biri vəfat edib


İyunun 17-də Yerevanda restoranda döyülən 3 nəfər hərbi həkimdən biri - 35 yaşlı Vahe Avetian ölüb. Həkimlərin səylərinə baxmayaraq, o, iyunun 29-da xəstəxanada vəfat edib.
Hərbi həkimlər iyunun 17-də Ermənistan Futbol Federasiyasının prezidenti, hakim Respublikaçılar Partiyasının üzvü, millət vəkili Ruben Hayrapetiana məxsus restoranda döyülmüşdülər. Hadisə ilə bağlı 7 nəfər həbs olunmuşdu.
Bu hadisə Ermənistnada geniş rezonansa səbəb olmuşdu. Sosial şəbəkələrdə həkimlərin döyülməsi dərəbəylik, hakimiyyətə yaxın adamların özbaşınalığı kimi qiymətləndirilib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan keçən həftədə xəstəxanada Vahe Avetiana və digər iki hərbi həkimə baş çəkmişdi.
XS
SM
MD
LG