Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:51

Rasim Balayev: "İrandan gələn dəvətlərə ehtiyatla yanaşmaq lazımdır"


Rasim Balayev
Rasim Balayev
“Hər halda ordan gələn dəvətlərlə bağlı ehtiyatlı olmaq lazımdır. Söhbət konkret məndən gedirsə, İrana hansısa tədbirə çağırsalar, iştirak etmərəm.

Hətta rəsmi dəvət olsa belə”.

Bunu xalq artisti Rasim Balayev "Oxu zalı"nın sualına cavab olaraq bildirib.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) artıq 2 aya yaxındır İranda həbsdədirlər.

İki ölkənin münasibətlərinin kəskinləşdiyi indiki dövrdə Azərbaycanın sənət adamları İrandan gələn dəvətləri qəbul edib qonşu ölkəyə səfər edərlərmi? (Sorğu)

- Rasim bəy, film çəkilişləri ilə bağlı dəvətdən də imtina edərsinizmi?

- Vallah... bir az çətindir cavab vermək. Hər halda filmdə çəkilmək üçün dəvət alsam, düşünürəm... hə, gedərəm. Bu, bir az başqa məsələdir”

Şair Xanəmir Telmanoğlu İrana getməyə hazır olduğunu bildirib:

“Əgər məni günü sabah İrana dəvət etsələr, bəli, tədbirdə iştirak edərəm. İstər rəsmi, istərsə də qeyri-rəsmi mərasimlərdə çıxış etməyə hazıram.

Təhlükəsizliyimə təminat verməsələr belə, o tayda yaşayan soydaşlarımızla görüşmək, onlara bir az da yaxın olmaq üçün sərhədi keçməyə hazıram. Bu başqa mənada anlaşılmasın.

Bilirsiniz, Fərid və Şəhriyar siyasətə qurban getmiş adamlardır. Bu istedadlı gənclər
Xanəmir
Xanəmir
dünyanın ən məsum insanlarıdır, indi də İran hakimiyyəti narkotik qaçaqmalçılığı, kəşfiyyatçı adıyla onları şərləmək istəyir.

Bu adamlar şairdir, tədbirdə iştirak etmək üçün İrana səfər ediblər. İndi onları absurd iddia ilə günahlandırmaq hansı məntiqə sığar?”

Şair-tərcüməçi Azad Yaşar deyir ki, sonuncu dəfə İranda 20 il əvvəl olub və bu ölkə haqqında pis təəssüratla qayıdıb:

“Bu cür hallardan sonra o ölkədə olmağı arzu etmirəm. Ümumiyyətlə, qeyri-rəsmi dəvətdən qəti imtina edərəm.

Əgər dövlət səviyyəsində rəsmi dəvət olsa, gedərəm. Azərbaycan vətəndaşlarını, gənc şairləri 50 gündən artıq həbsdə saxlamaq kiçik, sıradan hadisə deyil.

İrandan gələn son xəbərlər göstərdi ki, qardaş və dost ölkə adlandırılmasına baxmayaraq çox ehtiyatlı olmaq lazımdır".

Yazar Günel Mövlud hesab edir ki, İran sərhədini keçəndən sonra bu ölkənin qayda-qanunlarına əməl etmək lazımdır və İrandan dəvət gəlsə, yola çıxar:

“Mən birinci dəfə İrana səfər edəndə oradakı sistem haqqında tənqidi fikirlər yazmışdım və mənim əleyhimə dindar saytlar tərəfindən kampaniya başladı. İkinci dəfə Qum şəhərinə gedəndə düşündüm ki, sərhəddən məni buraxmayacaqlar. Amma heç bir
Günel Mövlud
Günel Mövlud
maneə ilə rastlaşmadım. Bir həftə rahat qaldım, dəyib-dolaşan olmadı.

Bilirsiniz, söhbət terrorçu qrupların tüğyan etdiyi ölkədən yox, sadəcə, İslam dövlətindən gedir.

İrana gedəndə oranın qayda-qanununa əməl etməyi özümə borc bildim.

Məsələn, sərhədi keçəndə çadra örtürəm, spirtli içkilər qəbul etmirəm, küçədə naməhrəm adamlarla dayanıb söhbət eləmirəm və s.”

Yazıçı İbrahim İbrahimli isə əksinə, düşünür ki, bu cür dəvətlərdən boyun qaçırmaq lazımdır:

“Əgər İrandan rəsmi dəvət gəlsə belə, iştirak etmərəm. Çünki onlara inam yoxdur, adamı müxtəlif bəhanələrlə həbs edə bilərlər. Həm də oradakı mühiti yaradıcı adamların azadlığını məhdudlaşdıran mühit saydığımdan dəvətdən qəti şəkildə imtina edərəm”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG