Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:04

«Sərhədsiz Reportyorlar» 2 azərbaycanlı şairlə bağlı İrandan açıqlama istəyir


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
«Sərhədsiz Reportyorlar» təşkilatı İran hakimiyyətini mayın 2-də bu ölkədə itkin düşmüş iki gənc azərbaycanlı yazar Fərid HüseynŞəhriyar Hacızadə (Şəhriyar del Gerani) ilə bağlı baş verənlərə aydınlıq gətirməyə çağırıb. Onların hər ikisi Tehrandan Təbrizə gələn kimi saxlanıblar.

«Biz narahatıq. İran hakimiyyəti F.Hüseyn və Ş.Hacızadə ilə bağlı duruma aydınlıq gətirməlidir. Biz onların niyə tutulması və 20 gündən artıq saxlanması ilə bağlı açıqlama verilməsini tələb edirik», - bəyanatda vurğulanır.

Gənc yazarların Azərbaycan KİV-də və sosial şəbəkələrdə mədəniyyət, sosial, dil və digər mövzularda yazıları dərc olunur. Onlar iranlı yazıçı Bəhram Sürgünün dəvətilə bu ölkəyə kitab təqdimatına gediblər. Aprelin 29-da Tehranda təqdimat mərasimində iştirak ediblər, mayın 1-də Təbrizə gediblər.

«Sərhədsiz Reportyorlar» bildirir ki, Azərbaycan hakimiyyəti İran və iranyönlü KİV-də çalışan iki jurnalisti - Anar Bayramlı və Ramin Bayramovu həbs edib. A.Bayramlı «Səhər» telekanalının, digəri isə İslamazeri.az saytının əməkdaşıdır.

Telekanalın sürücüsü Ramil Dadaşov da həbs edilib, 3 aydan sonra buraxılıb.

Bəyanatda bildirilir ki, «hər iki ölkə jurnalistlərin girov götürülməsinə son qoymalı, bir-birinə təzyiq üçün onlardan istifadə etməməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG