Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası olub


Mayın 17-də İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiyanın təşkilatçıları Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan İstiqlal Partiyası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olub.
Siyasi şüarlar səsləndirən aksiya iştirakçıları, İranın Azərbaycana qarşı anti-demokratik siyasət apardığını deyərək buna son qoymasını, həbs olunmuş fəalların azadlığa buraxılmasını tələb ediblər.

Aksiya dinc şəraitdə keçib. Aksiya müddətində səfirliyin qarşısındakı yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli AzadlıqRadiosuna aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi razılıq alınmadığını bildirib.

Aksiyaya İran səfirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.

Mayın 17-də İranın Azərbaycandakı səfirliyi mayın 11-i və 16-da səfirlik qarşısında keçirilən aksiyalar barədə bəyanat yayıb. Bəyanatda mayın 11-i gənclərin aksiyası zamanı dini lider Ayətullah Xamneyinin təhqir edildiyi iddia olunur:

«Bu aksiya sifariş olmaqla yanaşı regionda Qərb və sionist dairələrin yaratdığı antiislam cərəyanları ilə əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır. Dünyanın digər yerində «Qurani-Kərim»in dinsiz ekstremistlər tərəfindən yandırıldığı bir zamanda müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhbərinin, vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur».
XS
SM
MD
LG