Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:53

«Türkiyəyə hücum NATO-ya hücum hesab olunsun»


Suriyanın hərbi sözçüsü xəritədə Türkiyəyə məxsus təyyarənin vurulmasını izah edir
Suriyanın hərbi sözçüsü xəritədə Türkiyəyə məxsus təyyarənin vurulmasını izah edir
Türkiyə deyir ki, iyunun 26-da NATO səfirləri ilə görüşdə Suriyanın Türkiyə təyyarəsinə hücumunu bütün ittifaqa hücum hesab etməyə çağıracaq.

Türkiyə baş nazirinin müavini Bülent Arınc iyunun 25-də deyib ki, Ankara NATO-dan xahiş edəcək ki, təyyarənin vurulmasını ittifaqla müqavilənin 5-ci maddəsinə əsasən qiymətləndirsinlər.

Müqavilənin 5-ci maddəsi bəyan edir ki, bir NATO üzvünə qarşı yönəlmiş hücum onun bütün üzvlərinə qarşı hücum hesab olunur:

«Şübhəsiz ki, Türkiyə 4-cü və 5-ci maddələrlə bağlı NATO-ya müraciət edib. Hər kəs bilməlidir ki, beynəlxalq hüququn bizə icazə verdiyi bütün imkanlardan istifadə edəcəyik. Bura özünü müdafiə, bərabərlik və rəqib ölkəyə qarşı beynəlxalq hüququn verdiyi digər hərəkətlər daxildir».

Bununla belə, o, əlavə edib ki, bu məsələyə görə, «heç kəslə müharibəyə başlamaq fikrində deyillər».

NATO SƏFİRLƏRİ BRÜSSELDƏ TOPLAŞIR

28 ölkəni birləşdirən NATO-nun Şimali Atlantik Şurası Türkiyə təyyarəsinin vurulması ilə əlaqədar bu gün Brüsseldə görüşür.

F-4E kəşfiyyat təyyarəsi beynəlxalq ərazidə vurulub və iki türk pilotu hələ də tapılmır. Ankara bildirir ki, təyyarə Suriyaya hər hansı casusluq fəaliyyəti üçün göndərilməmişdi.

Suriya isə bildirib ki, hansı ölkəyə məxsus olmağını bilmədiyi təyyarəni hava sərhəddini keçdiyi üçün vurublar. Rəsmi açıqlamaya görə, təyyarəyə qısa mənzilli zenit silahla atəş açılıb.

Ancaq Arınc bunu təkzib edir. O bildirir ki, beynəlxalq ərazidə təyyarəni vura biləcək gücdə olan lazer və ya istilik raketindən atəş açılıb.

TƏYYARƏ LAZER VƏ İSTİLİK RAKETİ İLƏ VURULUB

«Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, təyyarə lazer və istilik raketiylə vurulub. Bizim təyyarənin xəbərdarlıq sistemindən cavab gəlmədiyi üçün düşünmürük ki, o sadəcə radar raketi idi. Bizim təyyarə hər hansı bir xəbərdarlıq edilmədən hədəfə alındığı üçün, təbii ki, bunu bir düşmənçilik aktı kimi adlandıra bilərik».

Türkiyə baş naziri müavini qəbul edir ki, təyyarə 200 fut hündürlük və 300 mil sürətlə uçan zaman səhvən Suriya hava məkanına daxil olub, ancaq Türkiyə radar əməliyyatçılarından xəbərdarlıq aldıqdan sonra oranı tərk edib.

Onun sözlərinə görə, təyyarənin Suriya ərazisində olduğu 5 dəqiqə ərzində onlardan heç bir xəbərdarlıq almayıb.

«Suriyanın beynəlxalq hava məkanında bizim təyyarəni qəsdən hədəfə çevirməsinə heç bir şübhə yoxdur», Arınc deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG