Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir


Elman Abdullayev

Elman Abdullayev

«Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir». APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, bu hadisə gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət etmir: «Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır».

E. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki pilotunun öldüyü güman olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG