Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

AŞPA həmməruzəçilərinin görüşləri… [Video]


Hüquq müdafiəçisi Leyla Yunus və Müsavat başqanı İsa Qəmbər bu barədə fikirlərini bildirirlər.

-
«Bu məruzəçilər Prezident Aparatının təlimatçıları kimi danışırdılar».

Bunu Azadlıq Radiosunun «İşdən sonra» proqramında Müsavat başqanı İsa Qəmbər AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech ilə görüş haqqında danışarkən deyib.

«Bu gün Avropa parlamenti Azərbaycandakı vəziyyətlə bağlı çox dəqiq, obyektiv adekvat qətnamə qəbul edir. Amerikanın Dövlət Departamentinin hesabatında bunlar göstərilir. İnsan haqları müdafiə təşkilatları, beynəlxalq təşkilatlar çox dəqiq adekvat qiymətlər verirlər. Avropa Şurasının məruzəçiləri isə gəlib bu cür biabırçı mövqe sərgiləyirlər. Burda açıq aydın bir dissonans yaranır».

İ.Qəmbər deyir ki, bu məruzəçilərin mövqeyi Avropanın və azad dünyanın digər təmsilçilərinin mövqeyi ilə fərqlilik təşkil edir:

«Bu gün azad dünyanın qərarı başqadır. Bu gün dünya birliyi bütövlükdə avtoritar rejimlərə son qoyulması ilə əlaqədar bir mövqe formalaşdırır. Bu proses gedir, azadlıq dalğası yayılır».

Hüquq müdafiəçisi Leyla Yunus məruzəçilərin hökumət rəsmiləri ilə anlaşdığını və rüşvət aldıqlarını deyir:

«Onlar hiss etdilər ki, onlara QHT-lərdən, müxalifətdən hücum çoxdur. Ramiz Mehdiyevlə, Baş prokurorla görüşdə dedilər ki, bizə hansısa nəticə lazımdır. Onlara cavab verildi ki, 15 dəqiqə ərzində Oqtayı və Mehmanı buraxırıq, sonra kimin müddəti az qalıb onu da Qurtuluş Günü ilə əlaqədar buraxacağıq. Siz Strasburqa gedəndə deyə bilərsiniz ki, biz Azərbaycana getdik və 7 nəfər azadlığa çıxdı».

L.Yunus deyir ki, məruzəçilərə qarşı təzyiqlər və hücumlar olmalıdır, bunun nəticəsində siyasi məhbuslar azad oluna bilər.

İsa Qəmbər isə deyir ki, tezliklə Azərbaycanın demokratik ictimaiyyəti bu məruzəçilərin cəzalandırılması istiqamətində iş aparacaq:

«Çox qısa zamanda onlar ifşa olunub susacaqlar və bu, Avropadakı bütün oyunbaz, rüşvətxor kəsimə çox ciddi bir şillə olacaq. Siz bunun şahidi olacaqsınız».

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG