Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

Serbiyada müxalifət lideri prezident oldu


Belqradda Tomislav Nikolicin qələbəsi qeyd edilir

Belqradda Tomislav Nikolicin qələbəsi qeyd edilir

Serbiyanın fəaliyyətdə olan prezidenti Boris Tadic seçkilərdə məğlub olub.

Ölkənin yeni prezidenti müxalifət lideri Tomislav Nikolicdir.

Səsvermənin ikinci mərhələsində o, 49,8 faiz səs toplayıb. Boris Tadic isə səslərin 47 faizini qazanıb.

AzadlıqRadiosunun Balkan xidmətinin məlumatına görə, Tomislav Nikolic seçki gecəsi müxbirlərə bildirib ki, «burda ilahi ədalət var».

Boris Tadic rəqibini qələbə münasibəti ilə təbrik edib.

Seçkilərdə qalib gəlmiş Tomislav Nikoliç isə bildirib ki, Serbiya Avrointeqrasiya siyasətindən imtina etməyəcək. Onun sözlərinə görə, onun proriteti cinayət və korrupsiya ilə mübazirə aparmaqdır.

Prezident seçkilərinin ilk turu mayın 7-də keçirilib. İlk turda Boris Tadic rəqibini cəmi bir faiz səslə üstələmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG