Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Serbiya müxalifətinin lideri Nikoliç prezident seçkisini baykot etməyəcək


Serbiya prezidentliyinə namizəd, müxalifətdə olan “Tərəqqipərvər” partiyasının lideri
Tomislav Nikoliç bildirib ki, birinci mərhələdə kütləvi pozuntulara baxmayaraq, mayın 20-də keçiriləcək ikinci mərhələdə prezidentlik uğrunda mübarizə aparacaq.

Bu barədə Reuters agentliyi xəbər verir.

Nikoliç bundan əvvəl seçkini baykotla hədələmişdi.

Nikoliçin rəhbərlik etdiyi partiya hakimiyyəti 500 min bülleteni saxtalaşdırmaqda ittiham edir.

Mayın 20-də seçkinin ikinci mərhələsində bunadək prezident olan Boris Tadiçlə Tomislav Nikoliç mübarizə aparacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG