Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56
-
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müxalifət fəalları mayın 18-də aclıq aksiyasını dayandırıblar.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

«Vicdan məhbusu» sayılan Tural Abbaslı, Əhəd Məmmədli, Vidadi İsgəndərli, Sahib Kərimov, Şahin Həsənli, Məhəmməd MəcidliBabək Həsənov mayın 15-də aclıq aksiyasına başlamışdılar.

Fəxrəddin Mehdiyev deyir ki, məhbuslar aksiya müddətində «kars»a salındıqlarına görə məhkəməyə müraciət edəcəklər:

«Aclıq edənlərin «kars»a salınması işgəncə faktıdır».

RÜFƏT HACIBƏYLİ DƏ ACLIĞI DAYANDIRIB

5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Rüfət Hacıbəyli də mayın 19-dan aclığı dayandırıb.

Bu barədə R.Hacıbəylinin qardaşı Cavid Hacıbəyli məlumat verib.

O deyir ki, R.Hacıbəyli aclıq aksiyasına başladığına görə mayın 15-də 15 sutkalıq «kars»a salınmışdı.

R.Hacıbəyli artıq «kars»dan cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb.

Aclıq aksiyası keçirənlərin əsas tələbi qeyd-şərtsiz azad olunmaları, ölkədə siyasi islahatların aparılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG