Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Elnur Məcidli azadlığa çıxdı (VİDEO)


2 aprel məhbusu Elnur Məcidli mayın 15-də həbsdən azad edilib. O, AzadlıqRadiosuna deyib ki, cəzasının yarısını çəkdiyi üçün buraxılması xahişi ilə Bakının Xəzər rayon Məhkəməsinə müraciət etmişdi:

- Bu gün saxlandığım 17 saylı Cəzaçəkmə Müəssisəsində məhkəmə oldu. Ərizəmə baxıldı və müsbət cavab verildi.

- Vəkiliniz də iştirak edirdi?

- Yox, mən tək idim.

- Ərizənizə müsbət cavab verilməsini nə ilə izah edirsiz?

- Azadlığa buraxılmağım o demək deyil ki, məhkəmə obyektiv və ədalətlidir. Sadəcə, «Eurovision 2012» mahnı yarışması ərəfəsində bu addımı atırlar. Hakimiyyətə çoxlu təzyiqlər olur. Bununla izah edirəm.

- Necə bilirsiniz, digər məhbus müxalifətçiləri də azadlığa çıxma şansı varmı?

- Məncə, hə, onları da buraxacaqlar.

- Məhbus müxalifətçilərin aclıq aksiyasına başladığı bildirilir. Siz də onlara qoşulmuşdunuzmu?

- Aclıq aksiyasının başlaması barədə xəbərim yox idi, məlumat gözləyirdim.

Elnur Məcidli dedi ki, məhkəmə zamanı qarşısında hər hansı şərt qoyulmayıb.

Ötən il aprelin 2-də İctimai Palatanın (İP) keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG