Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:12
Almaniyalı həmkarıma qarşı başlanmış bu məkrli təbliğat məndə ikrah hissi doğurur və mən ona öz dəstəyimi bildirirəm. Bunu Fransanın Bakıdakı səfiri Gabriel Keller «Turan» informasiya agentliyinə mayın 2-də verdiyi müsahibəsində deyib:

«Xarici diplomatlarla müxalifətin görüşlərinə olan bəzi rəsmi reaksiyalar məni şoka salır. Demokratiyalarda belə görüşlər adi və tamamilə normal haldır. Azərbaycan diplomatları fəaliyyət göstərdikləri demokratik ölkələrdə müxalifətlə görüşən zaman destabilizasiya cəhdləri ilə ittiham olunmurlar».

Səfirin sözlərinə görə Azərbaycan çox mühüm ölkədir və böyük gələcəyi var. Amma özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalı, onu gizli məqsədlərin olması ilə izah etməyə çalışmamalıdır:

«Tənqidi qəbul edə bilmək möhkəmliyin və özünə inamın göstəricisidir. Şübhəsiz, kimsə Azərbaycana nə etməli olduğunu diqtə edə bilməz. Lakin onun üzv olduğu və qarşısında öhdəlik götürdüyü təşkilatlar onun bu öhdəliklərə riayəti barədə qiymətləndirmələr aparmaq ixtiyarındadırlar».

Son vaxtlar rəsmi KIV-lər və hakimiyyətə yaxın mətbuat Almaniyanın Azərbaycandakı səfirinə ünvanlanan tənqidi materiallar verirlər. Mayın 1-də isə Milli Məclisin iclasında cari məsələlər üçün nəzərdə tutulan yarım saat əsasən Almaniyanın Ombudsmanı və bu ölkənin Azərbaycandakı səfirinin tənqidinə həsr edilib. Səfir Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG