Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

Milli Məclisdə anti-Almaniya ovqatı


Arxiv foto
Arxiv foto
Milli Məclisin mayın 1-də keçirilən iclasında spikerin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycan müxalifətinin Azərbaycanı istəməyən bəzi xarici qüvvələrlə əlbir olduğu ortaya çıxıb.

Ziyafət Əsgərov bildirib ki, bununla bağlı əllərində kifayət qədər fakt var. Həmin faktları vaxtı gələndə açıqlayacaqlar. Ziyafət Əsgərov deyib ki, müxalifət ən azı «Eurovision» mahnı müsabiqəsi, dövlətçilik xətrinə aksiyaları bir ay ləngidə bilərdi: «Amma Almaniyada baş verənlər, verilən bəyanatlar göstərdi ki, müxalifət beynəlxalq təşkilatların marağına uyğun hərəkət edir».

​Z. Əsgərovun sözlərinə görə, Almaniyada olduğu kimi Azərbaycanda da mətbuat müstəqildir: «Nə üçün Almaniya mətbuatı Azərbaycanla bağlı tənqidi yazılar yazanda bu normal qarşılanır, amma Azərbaycan mətbuatı yazanda Almaniya səfirliyi buna reaksiya verir, bunu Almaniyaya qarşı aparılan kampaniya kimi qiymətləndirir?!».

Deputat Çingiz Qənizadə isə deyib ki, Almaniyadan Azərbaycana olan tənqidlərin önündə Almaniyanın Ombudsmanı və Azərbaycandakı bəzi şəxslər dayanır.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə çıxışında qeyd edib ki, Almaniyada bəzi qüvvələr Azərbaycana qarşı taktika qurub, Almaniyanın Azərbaycandakı səfiri də bu taktikanın iştirakçısıdır.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə Almaniyanın Azərbaycandakı səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Deyib ki, bu, beynəlxalq konvensiyalara ziddir.

Deputat Fuad Muradov da Almaniya Ombudsmanının Qarabağ problemindən danışmamasını, Azərbaycanda insan haqlarının pozulduğunu iddia etməsini yersiz saydığını bildirib.


OQTAY ƏSƏDOV STRÄSSER-Ə CAVAB VERDİ

Oqtay Əsədov
Oqtay Əsədov
Milli Məclisin mayın 1-də keçirilən iclasında çıxış edən millət vəkilləri Almaniyanın, onun diplomatlarının Azərbaycana mənfi münasibət bəsləməsindən danışıblar.

Parlamentin spikeri Oqtay Əsədov deyib ki, AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə həmməruzəçisi Christoph Strässerin Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını, Belarusda keçiriləcək hokkey çempionatını və Azərbaycanda keçiriləcək «Eurovision» mahnı müsabiqəsini boykot etməyə çağırışı onun səviyyəsinin göstəricisidir.

Spiker deyib ki, Strässer və Almaniyanın Ombudsmanı Azərbaycana qərəzlə yanaşır, ölkəyə təzyiq göstərmək istəyir:

«Bu onun səviyyəsini və Azərbaycana qərəzli yanaşdığını göstərir. Eyni zamanda Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzli yanaşır və Azərbaycanda keçiriləcək «Eurovision»un boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüququnu pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır».

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə həmməruzəçisi Christoph Strässer öz bloqunda «Eurovision» mahnı müsabiqəsini boykot etmək təklifini Azərbaycanda insan haqlarının pozulması ilə əlaqələndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG