Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Qubada həbslər davam edir. Martın 23-də Rayonun Xanəgah kəndindən 8 nəfər polisə aparılıb. Bu barədə AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyi məlumat verib. Təşkilat saxlanılanlar və onlardan kimlərinsə sonradan azad edilməsi barədə əlavə məlumat ala bilmədiyini deyir.

Quba rayon polis şöbəsindən isə AzdlıqRadiosuna deyiblər ki, Xanəgah kənd sakinlərinin saxlanılmasından xəbərsizdilər.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildirblər.

Faktla bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İndiyədək Quba hadisələri ilə əlaqədar saxlananlardan 10 nəfərin adı məlumdur.

Xatırladaq ki, 1 mart hadisələri ilkin olaraq YouTube portalında yerləşdirilən videoçarxa etiraz kimi başladı. Bu videoda icra hakimiyyəti başçısı Rauf Həbibovun çıxışından parca var idi, o, Quba sakinlərini torpaqları ucuz qiymətə satmaqda ittiham edirdi.

Bu günlərdə istintaq orqanları əhalinin etirazəna səbəb olan bu videonun müəllifləri kimi yerli "Xəyal"TV-nin əməkdaşlarını da həbs ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG