Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:07

«100 000 rubla 100 ton qənd alardın, həmin qəndin pulunu qaytarsınlar!» [Video]


Əmanətlərin qaytarılması qaydasına Bakı sakinlərinin fikri
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Bakı sakinləri əmanətlər barədə

​«Sovet vaxtı 100 000 rubla 100 000 kiloqram, yəni 100 ton qənd almaq olardı. İndi həmin qəndin pulunu qaytarsınlar da. Qənd indi deyəsən, 1 manat 40 qəpikdir, hesablayıb qaytarsınlar mənə. 5500 manat 100 ton qəndin pulu eləyirmi?».

60 yaşlı Bakı sakini Cahət Tağıyev deyir ki, Sovet dövründən qalma əmanətlərin qaytarıldığını eşidəndən bu xəbərə sevinə bilmir. Çünki hesablayıb görüb ki, bir vaxtlar qəpik-qəpik yığdıqları indi bir işə yaramayacaq.

Martın 14-də prezident İlham Əliyev Sovet dövründə Azərbaycan vətəndaşlarının əmanət banklarına qoyduqları pulların qaytarılması qaydalarını təsdiqləyən fərman imzalayıb. Həmin fərmana görə, əmanətçilər pullarını bu ilin iyun ayından gələn ilin 31 dekabrınadək birdəfəlik ala biləcəklər. Məbləğlərə gəlincə isə bu, məbləğdən asılı olaraq hesablanır. Məsələn, 2000 rubl əmanəti olan 300 manat, 5000 rublu olan 600 manat, 10 000 rublu olan 1000 manat, 100 000 rublu olan 5500 manat alacaq və s. Sənədə görə, vəsaitlərin vərəsələrə verilməsində və ya əmanət kitabçalarını itirən, yararsız hala salan vətəndaşların da pullarını geri almaqda problemləri olmayacaq. Bankda yaradılacaq komissiya yardım əlini uzadacaq.

KALKULYATOR

Məbləği yazıb «Calculate» düyməsini bas


Your browser does not support inline frames or is currently configured not to display inline frames.
«BU, PUL DEYİL, KONFET KAĞIZIDIR»

Söhbətləşdiyimiz Bakı sakinləri arasında «buna da şükür» deyənlər olsa da, əksəriyyət dərhal banka qoyduqları pulla indi alacaqlarını müqayisə edib başlarını buladılar:

- 2000 rubla o vaxt yaxşı bir mebel, əllə toxunan yun xalça almaq olardı. Amma indi 300 manata nə edəsən?

- Yaxşı bir hadisədir, camaat çoxdandır bunu gözləyirdi. Qiymətləri isə deyə bilmərəm, yəqin hərtərəfli ölçüb-biçiblər və necə lazımdırsa elə də təyin ediblər.

- Bunu da verirsə, çox sağ olsun. Naşükürlük etməyək də.

- 18-20 min hara, 1000 manat hara?

- Öldürüb verirlər də. Neçə illərdir ki, bu pulun üstünə faiz gəlməli idi. Faiz qalsın bir yana, heç olmasa, 1 rubla 1 manat verərdi də. Həmin pulun 1/10-ini verirlər.
Foto: Arxiv
Foto: Arxiv
Bu pul deyil ki, konfet kağızıdır.

«MƏN TƏKLİF EDİRDİM Kİ, 1000 RUBLA QƏDƏR 1 RUBLA 1 DOLLAR VERİLSİN»

Əksər müstəqil iqtisadçılar da əmanətlərin qaytarılması qaydalarını müsbət qiymətləndirmirlər. Bundan öncə də əmanətlərin qaytarılması mexanizmi ilə əlaqədar müəyyən layihələr hazırlanıb. Belə layihələrdən birinin müəllifi də iqtisadçı-alim, keçmiş millət vəkili Əli Əlirzayevdir. Deyir ki, onun hazırladığı layihə indi ortaya qoyulandan fərqlidir. Ən əsas fərq isə elə məbləğin özündədir. Əli Əlirzayev təklif edirdi ki, 1000 rubla qədər əmanətlər üçün 1 rubla 1 dollar verilsin. 2000 rubldan çox olanlar isə bir qədər azalan templə hesablansın:

«Mənim təklif etdiyim layihədə aztəminatlı ailələr o vaxtın alıcılıq qabiliyyətinə uyğun pul alacaqdılar. Yəni, 2000 rubla qədər pulu olan heç nə itirməyəcəkdi, hər rubla 1 dollar alacaqdı. 10 000 rublu olan isə təxminən 7000 dollar alacaqdı. Amma indi nə alacaq, 1000 manat. 1000 manat nədir ki?! Məbləği 6-7 dəfə aşağı salıblar».

«İNFLYASİYA OLMAYACAQDI, ƏGƏR...»

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Milli Məclisdə, cəmiyyətdə ekspertlər səviyyəsində heç bir müzakirə olmadan, heç bir təkliflər dinlənilmədən hökumətin qaydaları təsdiqləməsi mənfi haldır. Natiq Cəfərli deyir ki, hökumətin qaytarılan məbləğin daha çox olacağı təqdirdə inflyasiyanın, qiymət artımının yaranacağı ilə bağlı iddiaları da əsassızdır:

«Təsəvvür edin ki, 5000 rublu olan insan 600 manat alacaq. Halbuki, 5000-ə o dövrdə bir maşın düşürdü, indi isə 600 manata yaxşı bir velosiped almaq olar. Yəni, hökumət o dövrün maşınını velosipedə dəyişərək insanlara qaytardı. Kontur arqumentlər gətirirlər ki, böyük kursla verilsəydi, ölkədə inflyasiya baş verərdi, qiymətlərin artımı sürətlənərdi.
Natiq Cəfərli
Natiq Cəfərli
Amma mən düşünürəm ki, bunu daha uzun müddətə yayaraq, daha yüksək kompensasiya verərək bu inflyasiyanın qarşısını almaq mümkün olardı. 100 milyonu bir neçə ilə bölərək bazara daxil etməklə həm inflyasiyanın qarşısı alınardı, həm də insanların normal kompensasiya almalarına şərait yaradılmış olardı. Çox təəssüf ki, hökumət yenə öz bildiyini etdi, başqa təkliflərin səslənməsinə imkan vermədi».

AZƏRBAYCAN SƏNƏDƏ İMZA ATAN SONUNCU POSTSOVET ÖLKƏSİDİR

Azərbaycan postsovet ölkələri arasında əmanətlərin qaytarılması ilə bağlı sənədə imza atan sonuncu ölkədir. Digər postsovet ölkələrində bu problem artıq həll olunub. Məsələn, 2008-ci ildən əmanətlərin qaytarılmasına start verən Ermənistan vətəndaşına 2000 rubla görə 200 dollar, 5000 rubla görə 760 dollar pul verir. Başqa sözlə, ödənilən məbləğ Azərbaycanla təxminən eyni səviyyədə, bəzi məbləğlərdə isə hətta daha çoxdur. Ekspertlərə görə, postsovet ölkələri arasında əmanətlərlə bağlı ən nümunəvi mexanizm Litvaya məxsusdur. Bu ölkədə 5000 rublu olan vətəndaş əvəzində 1500 avro əldə edib.

Azərbaycanın dövlət büdcəsindən əmanətlərin qaytarılması üçün nə qədər vəsaitin ayrılması hələ rəsmən açıqlanmayıb. Amma iqtisadçı-ekspertlərin hesablamalarına görə, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün hökumətə 480-500 milyon manat vəsait lazım olacaq.

Ölkədə 1 milyon 986 min nəfər əmanətçinin olduğu təxmin edilir.


Siz də bu insanlardan birisiz? Alacağınız məbləği uzun illərdir itirdiyinizin əvəzi hesab edirsizmi? Şərhlərinizi bizimlə bölüşün.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG