Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Sovet dövründən qalmış əmanətlərin qaytarılması qaydası (TAM SƏNƏD və KALKULYATOR)


USSR -- 100 rubles banknote, undated
USSR -- 100 rubles banknote, undated
-

AzərTAc dövlət informasiya agentliyi sovet dövründən qalmış əmanətlərin hansı qaydada qaytarılacağına dair prezidentin fərmanını yayıb.

Əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illərdir cəmiyyətin əsas suallarından biri olduğunu nəzərə alıb sənədi olduğu kimi veririk.


Sənədlə tanışlıq kalkulyatordan sonra davam edəcək. Burada isə sovet dövründən qalmış əmanətinin məbləğini rublla yazıb indi onun əvəzinə yeni manatla nə qədər pul ala biləcyini hesablaya bilərsən.

KALKULYATOR


Your browser does not support inline frames or is currently configured not to display inline frames.


3. Birdəfəlik ödəmə, onun hesablanması qaydası və maliyyə mənbəyi

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanı ilə təsdiq edilib.

1. Ümumi müddəalar

Bu Qaydalar 1992-ci il 1 yanvar tarixinəkeçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankınınəmanətçiləri olan vəhəmin bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmə) verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir.

2. Əsas anlayışlar

2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1. əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri;

2.2. əmanət qalığı - əmanətçilərin1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-ci il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı pul vəsaitləri;

2.3. əmanət (bank) kitabçası - keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətçiyə şəxsi əmanət hesabının açılmasını və bu hesabda pul vəsaitinin olmasını təsdiq edən sənəd;

2.4. rubl – keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istifadə edilən pul vahidi;

2.5. manat – 2006-cı il 1 yanvar tarixindən Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi işlədilən pul vahidi;

2.6. müvəkkil bank – keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti;

2.7. vərəsə - vəfat etmiş (ölmüş) əmanətçinin (miras qoyanın) mülki qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakının (əmanətinin) keçdiyi Azərbaycan Respublikasının vətəndaşları olan şəxslər.
3.1. Əmanətçilərə dövlət tərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan qaydada hesablanmaqla birdəfəlik ödəmə verilir.

3.2. Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada hesablanır:

Əmanət qalığı (manat)
Hesablanma qaydası
0,04 manata (2000 rubla) qədər olduqda
Əmanət qalığının hər bir qəpiyi üçün 75 manat
0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda
300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat
0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda
600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat
0,2 manatdan (10000 rubldan)yuxarı
1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat

4. Birdəfəlik ödəmənin verilməsi qaydası və müddəti

4.1. Birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

4.1.1. əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd;

4.1.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

4.1.3. soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

4.1.4. vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.

4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank tərəfindən həyata keçirilir.

Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir.

4.3. Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir.

4.4. Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilir.

4.5. Birdəfəlik ödəməni almış əmanətçinin Banka qarşı bütün tələbləri təmin edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqlarıüzrə bank müqaviləsinə həmin məbləği aldığı gündən xitam verilir.

Əmanət qalıqları üzrə Bank əmanəti müqaviləsinə xitam verilməsi birdəfəlik ödəməninverilməsi üçün əsasdır.

4.6. Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.

4.7. Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

5. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış

Xüsusi Komissiyanın fəaliyyəti

5.1. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydadaaidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

5.2. Xüsusi Komissiyanın işinə aidiyyəti dövlət orqanlarının nümayəndələri cəlb edilir (ezam edilir) və onlar birdəfəlik ödəmələrin verilməsi başa çatanadək müvafiq işlərin həyata keçirilməsinə ödənişli əsaslarla təhkim edilirlər.

5.3. Xüsusi Komissiya birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aylıq hesabat təqdim edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG