Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

«Ehram TV» filmi tezliklə ekranlara çıxıracaq


Ayaz Salayevin «Ehram TV» filmi bu yaxınlarda ekranlara çıxacaq.

Bu barədə AzadlıqRadiosuna rejissor özü məlumat verib:

«Filmi çoxdan hazırlamışam. Bu yaxınlarda ekrana çıxmalıdır. Filmin nümayiş etdirilməsi ilə bağlı heç bir problem yoxdur».

2009-cu ilin iyununda «Ehram TV» filminə qadağa qoyulduğu barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, «Ehram TV»də indiki hakimiyyətə qarşı satirik məqamlar var, rejissora filmdə dəyişiklik etmək tapşırılıb.

Rejissor özü isə filmə heç bir qadağa qoyulmadığını bildirmişdi.

«Ehram TV» dövlət sifarişidir və büdcə hesabına çəkilib.
XS
SM
MD
LG