Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Ə.Davudoğlu: «Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı»


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu

Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qərbi Yaxın Şərqdə demokratiyanı təhlükəsizliyə qurban verməməyə çağırıb.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, cümə axşamı George Washington Universitetində çıxışı zamanı nazir deyib: «Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı. Dünya dəyişir. Misirdə Hosni Mubarak məsələn, 20 il əvvəl insanların çap makinası istifadə etdiyi dövrdə də prezident idi, indiki Facebook dövründə də. Bu, tarixə təhqirdir».
Ə.Davudoğlu 2011-ci ildə ərəb ölkələrində baş qaldırmış inqilabların «qarşısıalınmaz» olduğunu bəyan edib. O, Qərbi «ərəb baharı»na adekvat cavab verməyə və «tarixi səhvləri təkrarlamamağa» çağırıb. Bu zaman o, Rumıniyada Chausheskunun devrildiyi dönəmi xatırladıb. «Mubarak, Gaddafi kimi diktatorlar hələ o zaman getməli idilər», - o vurğulayıb.
Suriyadan bəhs edərkən, nazir deyib ki, hazırda Bashar al Assadın opponentləri aylar əvvəl Misirdə və Tunisdə müxalifətin səsləndirdiyi şüarları təkrarlayırlar: «Mesaj aydındır. Assad getməlidir. Türkiyə olaraq, biz Suriyada hər gün insan ölümünə göz yuma bilmərik. Suriya xalqını dəstəkləmək üçün beynəlxalq platforma yaratmalıyıq».
Davudoğlu deyib ki, Türkiyə Assadı Suriyanın «Gorbachev»u görmək istəyirdi, ancaq o, «Milosevic» olmaq yolunu tutdu.
Nazir onu da bəyan edib ki, Türkiyə yerləşdiyi regionda azad və demokratik mühitin tərəfdarıdır və Ankara «öz xalqına qarşı çıxan istənilən liderə» arxasını çevirəcək: «Avtoritar rejimlərə artıq bu əsrdə yer yoxdur».
Davudoğlu çıxışının sonunda avtoritar cəmiyyətləri belə təsvir edib: «Hansı ölkədə ona əvvəllər rəhbərlik etmiş eks-prezident yaşamırsa, deməli o, artıq avtoritar ölkədir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG