Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

Elif Şafak Facebookdan bir sevgi hekayəti seçəcək


“Filli Boya” şirkəti, “Doğan kitap” və ünlü türk yazarı Elif Şafakın Facebook-dakı fanatları 14 fevral – Sevgililər gününü bu il fərqli bayram edəcəklər.

Yanvarın 24-də başlayıb fevralın 9-can davam edəcək interaktiv ünsiyyətdə fanatlar yaşadıqları ən rəngli eşq hekayələrini www.facebook.com/filliboya səhifəsində paylaşacaqlar.

Elif Şafak hekayələrdən birini seçərək öz peşəkar qələmi ilə ona can verəcək.

O, seçdiyi hekayəni fevralın 12-də - bazar günü Habertürk qəzetindəki köşəsində oxucuları ilə paylaşacaq.

Yayınlanan hekayədən başqa ilk iyirmiliyə düşmüş hekayələrin müəllifləri də “Romantik Hediye Sepeti” qazanacaqlar.
XS
SM
MD
LG