Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:52

Çingiz Abdullayev:“Piratçılıq edən nəşriyyatları tapmaq çox asandır”


Şahbaz Xuduoğlu: Biz artıq o kitabların harda satılması ilə bağlı məlumat əldə etmişik...

Xudayat Həsənli: Bizdə məlumatlar var ki, daha çox hay-küy salan nəşriyyatlar özləri bəzən qanuni nüsxələrlə yanaşı əlavə nüsxələr buraxırlar...



“Pen klub” verilişində bu dəfə kitab piratçılığından danışırıq. Detektiv yazarı Çingiz Abdullayev (telefonla), “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənliylə birgə.


Müəllif Hüquqları Agentliyinin məlumatından: Azərbaycan bazarındakı kitabların 40-45 faizi piratdır”.

Şahnaz Bəylərqızı:

- Çingiz bəy, bu gün Azərbaycanda piratçılıqdan ən çox danışan, ona qarşı mübarizə aparacağını bəyan edən sizsiz. Hətta demişdiz ki, dövlət qurumlarına müraciət etmisiz. Piratlarla mübarizə bir nəticə verirmi?

Çingiz Abdullayev:

- Sözsüz, nəticə verir. Daha əvvəlki biabırçılıq yoxdur. İkincisi, kitab mağazaları pirat nüsxələri qəbul etmirlər.

“Əli və Nino”, “Qrafika” dükanları pirat nüsxələri götürmürlər. Vaxtilə nə qədər istəsən vardı, indisə heç olmasa buna baxırlar.

Amma yenə də piratçılıq çoxdur. Vaxtilə Rusiya kimi böyük ölkədə bunun qarşısını ala bildilər.

- Hansı yolla?

- Çox ciddi yanaşdılar məsələyə. Axı bu, oğurluqdur. Biz gülə-gülə deyirik ki, nə olar, kitab nəşr edirlər.

Yox, kitab çap etmirlər, oğurluq edirlər. Müəllifin, nəşriyyatın, tərcüməçinin, redaktorun, korrektorun cibinə girirlər.

Mən son 20 ildə bunu demirdim, qonorar da almırdım, pulu ya tərcüməçilərə verirdim, ya da Qarabağ köçkünlərinə.

Amma indi biz “Qanun” nəşriyyatlı ilə müqavilə bağlamışıq. Mənim
Çingiz Abdullayev

Çingiz Abdullayev

160 kitabımı buraxırlar. Axı bunların tərcüməçiləri işləyir, bunlar zəhmət çəkirlər, kimsə də götürüb bu məhsulu kseroks edir. Ona görə biz bununla mübarizə aparmalıyıq. Biz o piratçılıq reytinqinə düşsək, vallah sonra ordan çıxa bilməyəcəyik. Bir ciddi təşkilat da bura investisiya qoymayacaq. Düşünürəm ki, Azərbaycanda sivil bazar iqtisadiyyatı olmalıdır. Bu, çox ciddi məsələdir. Prokurorluq da, Daxili İşlər Nazirliyi də, bizim Vergilər Nazirliyi də, Müəllif Hüquqları Agentliyi də bu işə ciddi baxmalıdır. Həmin nəşriyyatları tapmaq da çox asandır. Azərbaycanda elə çox nəşriyyat, tipoqrafiya yoxdur. Biz hamımız bilirik ki, bunu 4-5 yerdə çap etmək olar. Qoy edəni tapsınlar.

“İSTƏSƏLƏR, 3-4 GÜNƏ YIĞIŞDIRA BİLƏRLƏR”

Ş.B:

- Çingiz bəy, artıq Daxili İşlər Nazirliyinə müraciət etmisiz, həmin nəşriyyatları tapıblarmı? Nəticə varmı?

Ç.A:

- Bizim bir təklifimiz var ki, Vergilər, Daxili İşlər nazirliklərinin və nəşriyyatın iştirakı ilə birgə komissiya yaradıb yoxlama aparsınlar. Bu axı Bakıda nəşr olunub sonra rayonlara gedir. Göyçayda, Gəncədə, ya da Naxçıvanda çap olunmur. Çətin deyil tapmaq. İstəsələr 3-4 günə yığışdıra bilərlər.

Ş.B:

- Bəs niyə istəmirlər? Siz müəllif olaraq haqlarınızın qorunmasını tələb edirsiz. Bəs hüquq-mühafizə orqanları niyə tapmırlar? Hansısa nəşriyyatı cəzalandırıblarmı?

Ç.A:

- Mən inanıram ki, ilin axırına kimi biz bir nəticə görəcəyik. Mütləq piratçılıq əleyhinə qanun qəbul edəcəyik.

Ş.B:

- Siz deyirsiz ki, 3-4 günə pirat kitab buraxan nəşriyyatları tapmaq olar. Niyə tapmırlar? Bu maraqlıdır və daha bir sual yaranır ki, bəlkə o pirat nüsxələri sizin kitabınızın rəsmi naşirləri özləri buraxırlar? Bunu kim və necə sübut edə bilər?

Ç.A:

- Vaxtilə bu olmuşdu. Amma “Qanun” nəşriyyatı bunu indi niyə etsin?

Ş.B:

Şahbaz Xuduoğlu (solda) və Xudayat Həsənli

Şahbaz Xuduoğlu (solda) və Xudayat Həsənli

- Daha artıq gəlir götürmək üçün.

Ç.A:

- O elə bir gəlir deyil. Rusiyada belə hallar olmuşdu. Tipoqrafiya daha böyük tirajla dərc etmişdi ki, müəllifə pul verməsin. Amma nəşriyyat da, tipoqrafiya da bunlara məxsusdur. Belə çıxır ki, öz-özlərini aldadırlar? Bunun hamısını araşdırmaq lazımdır.

ŞAHBAZ XUDUOĞLU: “BƏLKƏ DƏ BİZİM TANIDIĞIMIZ MƏTBƏƏLƏR VƏ NƏŞRİYYATLAR BU İŞLƏ MƏŞĞUL OLURLAR”

Ş.B:

- Şahbaz bəy, əlinizdə nümunələr var. Pirat nüsxələr və sizin nəşr etdiyiniz kitablar. Necə sübut etmək olar ki, bu kitablar “Qanun”da çıxmayıb?

Şahbaz Xuduoğlu:

- Əgər bizim nəşriyyatda çoxaldırlarsa, eyni kitab 2000 yox, 3000 vurular. Bu artıq başqa söhbətdir. Bu müəlliflə nəşriyyat arasındakı müqavilənin pozulması deməkdir. Problem ondadır ki, bizim buraxdığımız kitabların kserosurətini çıxarıb yayırlar. Bunun qarşısını necə alaq? Biz artıq mübarizəyə başlamışıq. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Vergilər Nazirliyinə bu barədə müraciət etmişik. Artıq işə başlayıblar. Biz artıq o kitabların harda satılması ilə bağlı məlumat əldə etmişik. Rəsmi nümayəndələrlə pirat kitablar yayılan yerlərdə olmuşuq. İndi biz gözləyirik ki, bunlar nə vaxt hərəkətə keçib bu oğurluğun qarşısını alacaqlar. Bəlkə də bizim tanıdığımız mətbəələr və nəşriyyatlar bu işlə məşğul olur. Bu biabırçılıqdır.

NAZİRLİKDƏN DEYİRLƏR Kİ, NƏ YAZARLARDAN, NƏ DƏ NAŞİRLƏRDƏN MÜRACİƏT OLUNUB

Ş.B:

- Hər ikiniz də deyirsiz ki, pirat kitablarla bağlı dövlət qurumlarına müraciət etmisiz. Verilişi hazırlayarkən biz də Daxili İşlər Nazirliyinə zəng vurduq. Cavab verdilər ki, bizə kitab piratçılığı ilə bağlı nə yazarlardan, nə də nəşriyyatlardan müraciət daxil
Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu

olub.

Ş.X:

- Mən daxili işlər naziri Ramil Usubov cənablarına müraciət etmişəm. Mənə 3 gün qabaq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən zəng ediblər ki, biz bu işlə məşğuluq və tez bir zamanda nəticə ilə bağlı məlumat verəcəyik. Vergilər Nazirliyində xüsusi qrup yaradılıb. Onlar bizim şübhə etdiyimiz yerlərdə olublar. İnanıram ki, nəticə olacaq.

ÇİNGİZ ABDULLAYEV: “BƏLKƏ DƏ HANSISA NƏŞRİYYAT HANSISA MƏMURA BAĞLIDIR, ONA GÖRƏ...”

Ş.B:

- Bir neçə ay əvvəl pirat kitablarla bağlı müzakirə vardı. Orda belə fikir səsləndi ki, həmin nəşriyyatlar hansısa məmurlara bağlı ola bilər. Buna görə də onları üzə çıxarmırlar, “tapmırlar”. Belə ehtimallara sizin münasibətiniz?

Ç.A:

- Bəlkə də bununla bağlıdır. Bəlkə də hansısa nəşriyyat hansısa məmurla bağlıdır və ona görə də qarşısını ala bilmirik. Təbii, bu ola bilər. Mən buna inanıram. Amma o məmur da başa düşməlidir ki, bunun zərəri daha çox olacaq, qazandığı çox pis puldur.

DETEKTİV YAZARININ VERDİYİ İPUCLARI

Ş.B:

- Bir detektiv yazarı kimi bu məsələdə hüquq-mühafizə orqanlarına kömək etmək istəmirsiz?

Ç.A:

- (Gülərək) Özüm gedim tapım? Tapmaq istəsələr, taparıq. Azərbaycanda cəmi 15-20 yer var ki, kitab çap edəsən. Onların da yarısı dövlətindir, yarısı da məmurların. Bəlkə 2-3 nəşriyyat özəldir. Bunları bir-bir yoxlamaq və ciddi tədbir görmək lazımdır. Kitabı evdə nəşr etmək olmaz. Razıyam. Görünür, konkret adamın marağı var ki, qarşısını ala bilmirlər.

“AGENTLİKDƏ MƏLUMATLAR VAR Kİ...”

Xudayat Həsənli:

- Azərbaycanda tezliklə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə ilə bağlı” qanun qəbul ediləcək. Bu qanun beynəlxalq ekspertlərə təqdim olunub.

Ş.B:

- Faydası nə olacaq bu qanunun?

X.H:

- Agentlik rəsmən deyir ki, pirat kitablar 40-45 faizdir. Bu qanun qəbul edildikdən
Verilişin aparıcısı Şahnaz Bəylərqızı

Verilişin aparıcısı Şahnaz Bəylərqızı

sonra hər kitab nüsxəsinin üstünə xüsusi nəzarət markaları vurulacaq. Məsələn, “Qanun” nəşriyyatı Çingiz Abdullayevin kitabını 1000 nüsxə tirajla çap edəcək. Bu 1000 nüsxənin hər biri nömrələnəcək, əgər 1001-ci nüsxə buraxılacaqsa, deməli, piratdır. Ya nəşriyyat özü buraxıb, ya bir qeyrisi. Ekspertiza aparılacaq ki, bu kitab hansı nəşriyyatda buraxıb.

Ş.B:

- Ekspertiza aparmaq imkanı indi varmı?

X.H:

- İndi ekspertlər hazırlanır. Orijinalla, pirat nüsxənin eyni, ya başqa nəşriyyatda buraxılmasını müəyyən etmək mümkün olacaq. Bu yolla piratçılığı yarıdan da çox azaltmaq mümkündür. Bu gün 40 faizdirsə, 20 faizə salmaq olacaq. Amma bütünlükdə kökünü kəsmək mümkün deyil. Siz dediniz ki, naşirlər yığılıb və günahı bir-birinin üstünə atırlar. Bizdə məlumatlar var ki, daha çox hay-küy salan nəşriyyatlar özləri bəzən qanuni nüsxələrlə yanaşı əlavə nüsxələr buraxırlar.

Ş.B:

- Fakt varmı sizdə?

X.H:

- Təbii ki.

Ş.B:

- Onu hüquq-mühafizə orqanlarına təqdim etmisizmi?

X.H:

- Təbii ki.

Ş.B:

- Nümunə deyin.

X.H:

- İstəniləm nəşriyyata getsəniz...

Şahbaz Xuduoğlu sözünü yarımçıq kəsir:

- Məsələ düzgün qoyulmayıb. Dövlət nəşriyyatıdırsa, dövlət sifarişlərini hansısa yolla
Şahbaz Xuduoğlu piratçılıq üsulyla çap edilən və qanuni kitabları nümayiş etdirir

Şahbaz Xuduoğlu piratçılıq üsulyla çap edilən və qanuni kitabları nümayiş etdirir

çoxaldıb sata bilər: dərsliklər-filan. Amma bu, özəl nəşriyyatdır. Mən bilirəm ki, Çingiz Abdullayevin kitabını 2000 nüsxəni 1 ilə yaymaq mümkündür. Növbəti dəfə yenidən müəlliflə razılaşdırıb çap edirəm. Əgər razılaşdırmadan çap etsəm, sizin dediyiniz vəziyyət yaranar. Amma özəl nəşriyyat olaraq öz kitabımı niyə oğurluqla çap etməliyəm?

Ş.B:

- Amma sizin nəşriyyatla bağlı belə ittiham sslənmişdi. Əli Əkbər demişdi ki, “93 – Tanrıların qürubu” kitabını icazə almadan təkrar çap etmisiz.

Ş.X:

- Əli Əkbər PR menecerdir. Görünür, o şəkildə kitabını oxutmaq istəyir. Qalmaqalın səbəbi başqa şeydi.

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MÖVQEYİ

Ş.B:

- İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AzadlıqRadiosuna deyiblər ki, onlara piartçılıqla bağlı bir neçə il öncə müraciət olunub. O da DVD və CD-lərlə bağlı. Kitab piratçılığı ilə bağlı müraciət gəlməyib. Nazirlikdə hesab edirlər ki, “müəlliflər və nəşriyyatlar işi başlasınlar, biz davam etdirək”.

X.H:

- Antiinhisar Siyasəti Xidməti yetərincə səlahiyyətli qurumdur. Haqsız rəqabətlə mübarizə onların birbaşa funksiyasıdır. Biz vaxtilə onlara müraciət etdik. Onlar da dərhal reaksiya verdilər. Audio və video məhsullarla bağlı pirat məhsulları bazardan yığırlar.

Ş.B:

- Bəs kitabla bağlı?

X.H:

- Kitabla bağlı, vacib deyil nəşriyyat Xidmətə müraciət etsin. Buna görə də Agentlik hökumətə təklif verib ki, anti-pirat məsələlər üzrə xüsusi komissiya yaradılsın. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin rəyi də var. Burda prokurorluq, Daxili İşlər, Vergilər nazirlikləri, müəlliflər və nəşriyyatlar da təmsil olunacaq. Komissiya operativ qərar verəcək. Həm təşkilati, həm inzibati resursları hərəkətə gətirmək baxımından köməyi olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG