Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:39

Əli Əkbər və Elnur Astanbəyli Hərəkata qoşuldular


Elnur Astanbəyli və Əli Əkbər

Elnur Astanbəyli və Əli Əkbər

Yazıçı Əli Əkbər və "Azadlıq" qəzetinin köşə yazarı, şair Elnur Astanbəyli Nida Vətəndaş Hərəkatına qoşulublar.

Elnur Astanbəyli köşə yazısında gəncləri “azadlıq ümidləri” adlandırıb:

“Bu gün Azərbaycan gəncliyi - Cəbhənin, Müsavatın Gənclər təşkilatları, “Nida”sı, “Azad Gənclik”i, “Müsbət Dəyişiklilər”i... ilə birgə bu ölkənin aydınlıq ümidləridir. Azadlıq ümidləridir. Onlar var olduqca, ayaqda olduqca Azərbaycanın çağdaşlaşma, demokratikləşmə ümidləri bitməz. Bu gün mənim bütün inam və ilham mənbəyim Azərbaycanın vicdanlı, duyarlı, mübariz gəncliyidir. Məni yazmağa, gələcəyə inanmağa məcbur edən, ayaqda tutan onlardır”.

Əli Əkbər AzadlıqRadiosuna deyib ki, həm həmkarına, həm də Hərəkatın fəaliyyətinə dəstək olmaq üçün o da bu addımı atıb:

“Hərəkatın fəaliyyətini dəstəkləyirəm. Qısa müddətdə onların sıraları çox genişləndi. Bununla məqsədim təkcə “Nida”ya qoşulmaq deyil, həm də digər gənclər təşkilatları ilə birlikdə kitab proqramları layihələri gerçəkləşdirməkdir. Bura müxtəlif viktorinalar, kitab düşərgələri keçirmək və s. daxildir”.

Nida Vətəndaş Hərəkatı 2011-ci ildə yaradılıb. Hərəkatın bəyanatında qeyd olunur ki, Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi ideyası üçün yaranıb.
XS
SM
MD
LG