Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:28

«NİDA» kitab topladı


Aksiya zamanı 80 nəfərdən 200 kitab toplandığı bildirilir
Aksiya zamanı 80 nəfərdən 200 kitab toplandığı bildirilir
«Nida» Vətəndaş Hərəkatı iyulun 31-də Sahil bağında ali məktəblərdə təhsil haqqının artırılmasına etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dərs kitabları toplayıblar. Bununla da həmin tələbələrə maddi-mənəvi dəstək olmağa çalışdıqlarını deyiblər.

Bu haqda AzadlıqRadiosuna «Nida»nın nümayəndəsi Turqut Qəmbər deyib:

«Aksiya 15-20 dəqiqə çəkdi. Daha sonra polis Sahil bağında 20-25 nəfərin toplandığını görüb müdaxilə etdi. Məqsədimizi izah etdikdə təklif olundu ki, 3-4 nəfər qalıb kitabları yığsın, yerdə qalanlar dağılışsın. Biz də razılaşdıq. Kitab toplama aksiyası davam edir».

Aksiya zamanı 80 nəfərdən 200 kitab toplandığı bildirilir.

Turqut Qəmbərin sözlərinə görə, bu sonuncu aksiya olmayacaq.

Bu ildən bəzi ali məktəblərdə ödəniş haqqı 300 manatdan 1500 manata qədər artırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG