Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:12

Kraliçanın başını örtməsi siyasi qalmaqal yaratdı


Kraliça başını bağlaması ilə bağlı mübahisələri "mənasız" adlandırıb
Kraliça başını bağlaması ilə bağlı mübahisələri "mənasız" adlandırıb

“Fitnə” filmini çəkdirən partiya sədri Beatrixi “qadınların əsarətini qanuniləşdirmək”də ittiham etdi


Niderland kraliçası Beatrixin başıbağlı halda məscidə getməsi ölkədə əməlli-başlı siyasi mübahisələrə səbəb olub. Kraliçanın özü isə bu diskussiyaları “mənasız” adlandırıb.

73 yaşlı holland kraliçası Beatrix Yaxın Şərqə səfəri zamanı iki dəfə - Abu-Dabi məscidində və Oman paytaxtındakı Cümə məscidində olarkən başına şlyapasının üstündən şal bağlayıb. Onu müşayiət edən şahzadə Maksima da başını örtüb.

Bu, jurnalistlərin diqqətini cəlb edib. Hollandiya televiziyaları qeyd ediblər ki, qollarına uzun əlcək taxan kraliça “Abu-Dabi sakinlərindən daha çox örtülüb”.

Parlamentdə antiİslam mövqeyi ilə seçilən Azadlıq Partiyası (PVV) kraliçanın bu görkəmini “kədərli mənzərə” kimi qiymətləndirib. Partiyanın rəhbəri, müsəlmanlar tərəfindən birmənalı qarşılanmayan “Fitnə” filminin təşəbbüskarı Geert Vilders isə kraliça barəsində “qadınların əsarətini qanuniləşdirir” sözlərini işlədib.

Kraliçanın təmsilçiləri isə bildiriblər ki, Beatrix İslam ənənələrinə hörmətini nümayiş etdirib. Qalmaqala səbəb olan hadisə haqqında baş nazir Mark Rutte parlamentə yazılı cavab da göndərib.

Baş nazir kraliça barəsindəki tənqidləri qətiyyətlə rədd edib və bildirib ki, “əlahəzrət ibadət yerinə gedirsə, geyim qaydalarına mütləq əməl olunmalıdır”.
XS
SM
MD
LG