Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:59
İyunun 23-də Amsterdamda holland siyasətçisi Geert Wilders bəraət alıb. O müsəlmanlara qarşı nifrəti qızışdırmaqda və ayrı-seçkilik yaratmaqda ittiham olunurdu.

Deputata beş maddə ilə ittiham irəli sürülmüşdü. İddia olunurdu ki, o 2006-2008-ci illərdəki müsahibələrində və 17 dəqiqəlik mübahisəli «Fitnə» adlı filmində islama qarşı nifrəti alovlandırıb və diskriminasiyaya yol verib.

QANUNUN SƏRHƏDİNƏ DİRƏNƏN FİKİR

Amsterdam regional hakimi deyib ki, Wildersin şərhləri «qanunun qoyduğu çərçivənin səhədinə dirənib», amma bu ictimai debatlar kontekstində yolveriləndir.

Wildersdən şikayətçi olan, onu məhkəməyə verən qruplar qərardan təəssüfləndiklərini deyiblər.

WİLDERS BAŞQA ÖLKƏLƏRİ DƏRS ÇIXARMAĞA ÇAĞIRIB

Ancaq 47 yaşlı Wilders bəraət almağını ifadə azadlığının qələbəsi kimi dəyərləndirib:

«Bu Hollandiyada söz azadlığının başlıca uğurudur və mən ümid edirəm ki, başqa ölkələr də Holland məhkəməsinin bu qərarından dərs çıxaracaqlar!».

Onun fikrincə, məhkəmə qərarının mənası budur ki, qanun İslamı açıq şəkildə tənqid etməyə imkan verir:

«Mən demişdim, deyirəm və yenə də deyəcəm, yaxşı xəbər budur ki, İslama tənqidi yanaşmaq qanunla yolveriləndir. Bu bizim ehtiyacımız olan məsələdir. Çünki məncə, bizim cəmiyyətin islamlaşması böyük problemdir».

HƏR ŞEY KÖŞƏDƏN BAŞLADI

Bütün bunlar Wildersin qəzet köşəsində İslamı faşizmlə müqayisə etməsindən sonra başlamışdı.
Məhkəmə prosesi

Onun çəkdiyi film isə mübahisələri daha da alovlandırmışdı.

«Fitnə» filmi müsəlmanları müqəddəs kitabları «Quran»ın səhifələrini cırmağa təhrik edirdi. Müəllif həmçinin Hollandiyadakı immiqrantların «sunami»sindən də danışırdı.

Wilders isə həmişə bir məqamda təkid edib - onun tənqidləri din olaraq İslama qarşı olub, bu dinə tapınana müsəlmanlara yox.

İLLƏRLƏ ÇƏKƏN MƏHKƏMƏ

Bu günkü məhkəmə qərarı isə uzun zamandır davam edən hüquqi mübahisənin sonu deməkdir.

Wildersə qarşı ittiham 2009-cu ilin yanvarında irəli sürülmüşdü, məhkəmə prosesi isə bir il sonra başlamışdı.

2010-cu ilin oktyabrındasa proses sona çatarkən Wildersin vəkili hakimlərin dəyişdirilməsini istəmişdi.

Yeni məhkəmə prosesi 2011-ci ildə başladı. Və artıq bu gün yekunlaşdı.

FİKİRLƏRİ TƏHQİRAMİZ OLSA DA...

Təəccüblü dönüş – həm müdafiə, həm ittiham tərəf Wildersin bəraətini istəyib. Onlar deyib ki, Wildersin fikirləri təhqiramiz olsa da, bununla cinayət etməyib. O İslam dinini tənqid edib, ona inananları yox.

Wildersin başçılıq etdiyi Azadlıq Partiyası Hollandiyada nüfuzuna görə sayca üçüncüdür.

Koalisiya razılaşması çərçivəsində olan Azadlıq Partiyası azlıqdakı partiyanın hökumətini bir şərtlə dəstəkləməyə razılıq verib. Onlar immiqrasiya məsələsində və müsəlman qadınlara hicabı, çadranı qadağan edəcək qanunların qəbulunda güzəştlər barədə öhdəlik götürsün.

16 milyonluq Hollandiya əhalisinin təxminən 1 milyonu müsəlmandır, onun 850 mini isə vətəndaşlığı qəbul edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG