Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12

HƏFTƏNİN SUALI: Bu, hansı romandandır?


Viktorinamızın ötən həftəki sualına hamıdan birinci - oxucumuz Asif Lələyev cavab verib.

Təqdim edilən parça məşhur irland yazıçısı Ceyms Coysun dünya ədəbiyyatının şah əsərlərindən sayılan "Uliss" romanından idi.

Asifin 21 yaşı var, Azərbaycan Dillər Universiteti Filologiya fakultəsinin IV kursunda oxuyur.

Onun öz mütaliəsi haqda "Oxu zalı"na dediklərindən:

- Təhsilimlə əlaqəli olduğu üçün hər ay, təxminən, 6-7 əsər oxuyuram. Azərbaycan ədəbiyyatından Əkrəm Əylisli və Mövlud Süleymanlınının əsərlərini xoşlayıram. Dünya ədəbiyyatından rus və fransız ədəbiyyatını daha çox mütaliə edirəm. Amerika ədəbiyyatı da xoşuma gəlir. Hal hazırda Corc Oruelin "Heyvanıstan" əsərini oxuyuram. Posmodernistləri (Orxan Pamuk, Kamal Abdulla xaric) bəyənmirəm. Ədəbiyyat məsələlərində bir az köhnəfikirliyəm. Yəni mən hələ də ədəbiyyatın (ümumilikdə sənətin) əsas vəzifəsinin insana gözəllik aşılaması olduğunun tərafdarıyam. Poeziyaya gəldikdə isə, hər gün Ramiz Rövşənin və Nazım Hikmətin şeirlərini oxuyuram. Çağdaş Azərbaycan ədəbiyyatı məni elə də çox cəlb eləmir. Ola bilsin ki, yaxşı əsərlər var (və əlbəttə ki var), amma, onlarla aşağı səviyyəli əsərin içində itib-batır, görünə bilmirlər.

Asifi təbrik edir, bu həftənin sualını təqdim edirik: Bu, hansı romandandır?

"Həyatımın ən xoşbəxt anıymış, bilməmişəm. Görəsən, bilsəydim, bu, xoşbəxtliyi qoruya, hər şey də başqa cür ola bilərdimi? Bəli, bunun həyatımın ən xoşbəxt anı olduğunu anlaya bilsəydim, əsla əldən verməzdim o xoşbəxtliyi. Dərin bir rahatlıqla bütün vücudumu saran o gözəl, qızıl an bəlkə də cəmi bir neçə saniyə sürmüşdü, amma xoşbəxtlik mənə illər kimi gəlmişdi. 26 may 1975-ci il, bazar ertəsi..."

Cavabınızı bu ünvana göndərə bilərsiz: oxuzali@azadliqradiosu.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG