Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

HƏFTƏNİN SUALI - Bu, hansı romandandır?


Hamıdan birinci kim tapacaq?

"Oxu zalı"nda yeni rubrikaya start veririk - "Həftənin sualı"!

Hər həftənin birinci günü sizə dünya ədəbiyyatından (ya klassika, ya da yeni çap edilmiş əsərlərdən) bir parça təqdim edəcəyik.

Növbəti həftənin birinci günü isə cavabı hamıdan qabaq tapanları elan edəcəyik.

Beləliklə, bu, parça hansı romandandır?

...maraqlıdır görəsən o niyə qalıb gecələmədi mən həmin müddətdə hiss edirdim ki o evə yad adam gətirib yaxşı olardı ki o şəhərdə sülənməsin qabağına allah bilir kimlər çıxır küçə qızları cibgirlər yazıq anası sağ olsaydı xoşuna gəlməzdi o bütün ömrünü beləcə məhv edə bilər amma günün xoş saatıdı ha sakitliyə bax mən bir vaxtlar rəqslərdən sonra gecələr evə qayıtmağı xoşlayardım gecə mehi onların gənəşməyə dostları var bizdə isə bircəciyi də yox ya o ala bilməyəcəyini almaq istəyir ya da bu bıçağı sənin kürəyinə saplamağa hazır olan bir qadındır mən qadınlarda bax bu xüsusiyyətə nifrət edirəm təəccüblü deyil ki onlar bizimlə belə davranırlar biz bir sürü qorxunc qancığıq məncə bizi belə dözülməz edən problemlərimizdir amma mən belə deyiləm o rahatca o biri otaqdakı divanda yata bilərdi yəqin balaca oğlan kimi utanardı mənə baxanda hələ çox gəncdi 20 yaşı ola ya olmaya eşidərdi mənim qonşu otaqda qorşokda oturub...

Cavabı adınızı qeyd etməklə bu ünvana göndərə bilərsiniz bilərsiz: oxuzali@azadliqradiosu.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG