Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:05

Məlihə Əzizpurun şeir kitabı Bakıda çap edilir


Book by Maliha Azizpur
Book by Maliha Azizpur
Bakıda İran Azərbaycanından olan şairə Məlihə Əzizpurun "Mənə bir küçə bağışla" adlı kitabı Bakıda çap edilir.

Kitabı hazırlayıb çapa verən Azərbaycan Yazıçılar Birliyinin “Güney Azərbaycan” şöbəsinin müdiri Sayman Aruz deyib ki, bu, şöbənin həyata keçirdiyi “Güney Azərbaycan ədəbiyyatı” seriyasının 13-cü, Məlihə Əzizpurun isə Azərbaycan Respublikasında çap edilən ikinci kitabıdır.

Yaxın günlərdə kitab oxuculara təqdim olunacaq və təqdimatı keçiriləcək.

AYB-nin “Güney Azərbaycan” şöbəsi Iran Azərbaycanından olan bütün yazarlara müraciət edərək onların əsərlərinin də Bakıda çapını təşkil edə biləcəyini bildirir.

“Milli-mədəni haqqımızın tanınması və varlığımızın qorunması yolunda fəaliyyətimizi bundan sonra daha güclü şəkildə davam etdirəcəyik” – deyə S.Aruz qeyd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG