Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:01

Məlihə Əzizpur. Şeirlər

















TƏBRİZ



1

...

Vətən;

Düşüncəmdir güllələnir

Vətən;

Dilimdir kəsilir

Vətən;

Azadlığımdır zincirlənir...


Vətən;

Şeirlərimdir tutuqlanır

Kitablarımdır odlanır

Mahnılarımdır talanır...


Vətən;

Sürgünlərimdir.

Vətən;

Şəhidlərimdir.

Vətən;

Yaralarımdır...


Vətən...vətən...vətən...

Yaslı TƏBRİZdir

QARABAĞlayıbdır

Vətən...



2

...

İçinizdə hər an ad dəyişdirən mikroblar!

Çörəkləri Qəhbə təri qoxuyan

Siyasət fahişələri!

Tarix zibilliklərində sümsünərkən

Görmədinizmi köpəkliyinizin adına

Bir parça sümüyü belə yoxdur?!

Görmədinizmi

Varlığınız belə yoxluq biçimindədir!

Bu bizik

Tarix yaşlı türk!

Əsirlərin çərçivəsinə sığmayan ƏR

Dustaqlara yerləşməyən NƏR!

Söyləyin,

Necə quyruq bulayırsınız

soframızın başında

eeey...! qapımızın itləri?!

əlbəttə ki zaman, tərsə geyib başmağını.

Yoxsa, duyardınız

Qurdumuzun səsi necə uzanır

Altaylardan Balkanlara...

Görərdiniz,qartallarımız necə aslan avlayır!

Göllərimiz,necə nəhəng yaşadır bağrında...

Görərdiniz,

Atlarımız,hələdə dənizdən çıxır

Bizim,ulu tüküstan çölündə- at belində

Qızıl səhifələrimiz artırmağımız üçün

Qoca tarix kitabına...

Başa düşürük

Bic fəlsəfəniz,ölümdən süd əmir...

......

Bu bizik!

TÜRK oğlu TÜRK,

Oğuz xaqan, Alp ər Tunqa, Tümrüs

Atila, Babək, Atatürk...!


* * *


Biz, belimizi bağlamışıq dərdə.

Yəni, gülüb keçirk acıya

Bütün dərdlərimizlə hələ də.

Və siz,

Yaxşı bilirsiniz

Necə ölümcül yaralanıbsınız

Zəhərli qəhərimizdən...


* * *


"çırpınır bütün dənizlər

Baxıb TÜRKün bayrağına"...



3

...

Taraq- taraq...

Yenə də güllələdilər igidi

Bax ondan ayrılan cana

Bir deyil

Min- bir- iki di...

Avucunda nobar topraq

Qoynunda bir yasaq bayraq

İçində bir sınıq mahnı:

Vətən bağı al-əlvandır..." "


* * *


Bura:

AZ

ƏR

BAY

CAN

Dır...


4

...

Ağalar;

Məclislərə buyurdular.

Ağalara

İki yer verilidi yuxarı başda.

Birisində

PAPAQları əyləşdi

Birisində

SAQQALları...

Özlərinə

Yer qalmadı

Ağaların!...




5

...

Bir gecə;

Yaraların yasası pozularkən

Yaslı sukut - yaşlı sukut

Bağırtıya dönüşəcək!

Biz,

Bütün tutsaq ulduzlarla

Üzləşəcəyik

Tilisim qaranlıqla,



Güllələrin tuşu ilə

Keçəcəyik

Şəhidlik keçidindən...


* * *


Sabah;

əkilən dar ağaclarından

GÜNƏŞ dərəcək

Uşaqlar...


6

...

Sizin qarğalarınız,

Siçan avuna fikirləşərkən

Bizim qartallarımız,

Aslan avundan


Enyeniedebiyat.com

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG