Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07
AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli dekabrın 16-da 10 sutka inzibati həbs cəzası alıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Dekabrın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Təzəxan Mirələmlinin qətldə təqsirləndirilən azyaşlı oğlunun mühakiməsi başlayıb. Məhkəmə prosesindən sonra oğlu ilə görüş tələb edən atayla polis arasında mübahisə düşüb. İki polis əməkdaşı və bağban onun məhkəmə binasında xuliqanlıq etdiyini iddia etmişdi. Hətta polislərdən biri cəbhəçinin Təzəxan Mirələmlinin onun poqonunu sökdüyünü demişdi.

Vəkil Mənsum Bayarmov isə deyir ki, Təzəxan Mİrələmli həm də azyaşlı oğlunun qanuni nümayəndəsidir. Dekabrın 19-da isə məhkəmə prosesi davam etməlidir.

“Qanuni nümayəndə olmadan məhkəmə keçirilməməlidir. Amma bu halda hansı qərar veriləcək məlum deyil”.

Bu ilin aprelində İctimai Palatanın mitinqində xəsarət alan Təzəxan Mirələmli az sonra işdən çıxarılıb.

Eyni zamanda azyaşlı oğlu məktəb yoldaşını bıçaqlamaqda təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG