Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17
Dekabrın 15-də müxalifətçi Təzəxan Mirələmlinin oğlu, məktəb yoldaşının qətlində ittiham olunan Vasif Mirələmlinin məhkəmə prosesində qalmaqal düşüb. Hadisə Lənkəran Ağır Cinayətlər Məhkəməsində olub.

«UŞAĞIN HALI PİSLƏŞDİ»

Bu haqda AzadlıqRadiosuna AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli özü deyib. Onun sözlərinə görə, mərhum Cavanşir Həsənlinin atası və qardaşı oğluna məhkəmə zalında psixoloji təzyiq göstərib. Bundan sonra Vasif Mirələmlinin halı pisləşib. Məhkəmə də təxirə salınıb. Təzəxan Mirələmli isə polisə aparılıb:

«Zərərçəkənin atası ilə qardaşı Vasifə qarşı nalayiq hərəkət etdilər, hücum çəkdilər. Məhkəmə qarışdı. Zərərçəkənin atası Həsən dedi ki, «sizi öldürəcəyik, belə edəcəyik, elə edəcəyik». Uşağın vəziyyəti pisləşdi, yıxıldı, polis sonra onu apardı. Məhkəmə dekabrın 19-a kimi təxirə salındı. Yoldaşımla anam da məhkəmədəydi. Anamın da vəziyyəti pisləşdi. Heç bilmirəm onu hara apardılar».

Təzəxan Mirələmli azyaşlı oğlunun nümayəndəsi kimi görüş tələb edib. Onun sözlərinə görə, hakim vəsatəti zalda təmin etsə də, məhkəmədən sonra görüş verilməyib:

«Nə qədər elədim görüş vermədilər, dedilər ki, olmaz».

«GƏLDİLƏR ÜSTÜMƏ Kİ, HEYDƏR ƏLİYEVİ SÖYMÜSƏN»

Təzəxan Mirələmli deyir ki, daha sonra onun özünü saxlayıblar:

«Sonra gəldilər üstümə ki, Heydər Əliyevi söymüsən, akt bağladılar. Apardılar Lənkəran Liman Polis Bölməsinə. Guya məhkəmə polisinə müqavimət göstərmişəm, təhqir eləmişəm».

Polis Bölməsindən Verdiyev adlı növbətçi isə AzadlıqRadiosuna Təzəxan Mirələmlinin məhkəmədə xuliqanlıq etdiyi üçün gətirildiyini söylədi. İzahat alındıqdan sonra buraxılacağını bildirdi. Amma üstündən saatlar keçsə də, Təzəxan Mirələmli bölmədə saxlanırdı.

Təzəxan Mirələmli bu ilin aprelində İctimai Palatanın mitinqində ciddi xəsarət almışdı

Təzəxan Mirələmli bu ilin aprelində İctimai Palatanın mitinqində ciddi xəsarət almışdı

Cəlilabad sakini, Müsavat Partiyasının üzvü Yadigar Sadıqov axşam saatlarında bizimlə söhbətdə dedi ki, Təzəxan Mirələmli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən saxlanıb:

İLTİZAM ALINIB

«İndi Ağır Cinayətlərdə hal şahidi olmuş polislər ifadə verməlidirlər. Ondan sonra biz evə gedə biləcəyik».

Yadigar Sadıqovun dediyinə görə, Təzəxan Mirələmlidən iltizam alınıb ki, dekabrın 16-da saat 10-da Lənkəran Liman Polis Bölməsində olsun.

Təzəxan Mirələmli bu ilin aprelində İctimai Palatanın mitinqində ciddi xəsarət almışdı. Buna görə bir müddət Bakıda xəstəxanada müalicə almalı olmuşdu. İşə gəlmədiyini əsas gətirən rayon təhsil şöbəsi isə onu işdən çıxartmışdı.

Orta məktəb şagirdi olan oğlu Vasif Mirələmov isə bu müddətdə məktəbli yoldaşını bıçaqlamışdı. Buna səbəb Cavanşir Həsənlinin məktəb yoldaşının atasına lağ etməsi olmuşdu. Bu hadisədən sonra Vasif Mirələmov saxlanıb və ona qarşı cinayət işi açılıb.

Şərhləri göstər

XS
SM
MD
LG