Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:56

Rusiyadan Ermənistana göndərilən nağd pulun həcmi artıb


Rusiyada işləyən ermənilərin evlərinə göndərdikləri nağd pulun həcmi 2011-ci ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, yerli kommersiya bankları vasitəsilə xaricdən 1,24 milyard pul köçürmələri edilib. Ötən il isə bu göstərici 1 milyard dollar olub.

Ermənistana xaricdən nağd pul axınının 80 faizdən çoxu minlərlə erməninin məskən saldığı Rusiyadan olub. ABŞ-a gəldikdə, Ermənistana nağd pul köçürmələrinin 5 faizi bu ölkənin payına düşür.

Ermənistan əhalisinin böyük hissəsinin əsas gəlir mənbəyini uzun illərdir ki, bu pul köçürmələri təşkil edir. Məhz 2000-ci ilin əvvəllərində bu pul köçürmələrinin məbləğinin həcminin sürətlə çoxalması ölkədə iqtisadi artımın ikirəqəmli olmasına gətirib çıxarıb.

2008-Cİ İLDƏ QLOBAL BÖHRANIN BAŞLANMASI İLƏ BU ARTIM DA SONA ÇATIB

İqtisadi artım yalnız 2010-cu ildə yenə pul köçürmələrinin 14 faiz artması ilə yenidən canlanıb. Ermənistan Mərkəzi Bankının məlumatına görə, 1,3 milyard dollar pul köçürmələri ümum daxili məhsulun 13 faizinə bərabərdir.

2011-ci ildə pul köçürmələrinin həcminin kəskin artması bu il ölkənin iqtisadi artımının 4 faizi keçməsinin əsas səbəblərindən biridir.

Ancaq Ermənistanın nağd pul köçürmələrindən bu cür asılı olması onu dünyada, xüsusilə də Rusiyada gözlənilən yeni böhran təhlükəsi qarşısında aciz vəziyyətdə qoyur.

Kredit reytinqi agentliyi olan Moody bu asılılıqla bağlı ötən ayın sonlarında Ermənistan iqtisadiyyatının perspektivi ilə bağlı proqnozlarının pis olduğunun bildirib. Agentlik Rusiyada iqtisadi tənəzzülün Ermənistana nağd pul köçürmələrinin xeyli azalda biləcəyi haqqında xəbərdarlıq edib.

Ermənistanda işsizliyin ölkə üzrə orta göstəricilərdən daha yüksək həddə olduğu kənd yerlərində insanlar xaricdə yaşayan qohumlarının maliyyə dəstəyindən xüsusilə daha çox asılıdırlar.

Ölkənin cənubundakı Ararat vilayətinin sakini Frunz Ohanian və həyat yoldaşı Satenik belə ailələrdən biridir. Onlar 10 il əvvəl iş dalınca Rusiyaya getmiş böyük oğlunun göndərdiyi pul hesabına yaşayırlar. Frunz Ohanian deyir ki, ötən ay oğlu onlara xeyli pul göndərib. Onlar da bütün ehtiyaclarını bu pulla ödəyirlər.

Frunz Ohanian hələ də ümid edir ki, oğlu, gəlini və 4 nəvəsi nə vaxtsa evlərinə qayıdacaq: «Əgər vəziyyət yaxşılaşsa, iş olsa, onlar da geri qayıdar. Buna şübhə etmirəm».

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG