Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Hökumət Ermənistanda uşaqların 40 faizinin kasıblıqdan da aşağı yaşadığını bildirir


Yerevanda kasıb ailələrdən birinin uşağı.

Yerevanda kasıb ailələrdən birinin uşağı.

Ermənistanın rəsmi statistikasına görə bu ölkədə uşaqların 40 faizi kasıblıq həddindən aşağı yaşayır. Hökumətin keçən ilə dair sorğusunun nəticələri keçən həftə açıqlanıb.
Milli Statistika Xidmətinin ev təsərrüfatlarında apardığı sorğu nəticələrinə əsasən elan etdiyi məlumata görə Ermənistanda ölkə üzrə kasıblıq səviyyəsi də 36 faiz olub. Halbuki 2009-cu ildə bu rəqəm 28 faiz idi. Yəni, bir ildə bu ölkədə kasıbların sayı 8 faiz çoxalıb.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, rəsmilər bu qədər kasıblığın əsas səbəbini 2008-ci ildən başlayan iqtisadi böhranda görürlər. Onların qənaətinə görə Ermənistanda iki və daha çox uşağı olan ailələr daha kasıb yaşayırlar. Bir uşağı olan, ya da heç uşağı olmayan ailələr isə nisbətən dolana bilirlər.

BMT-nin uşaq fondu – UNİCEF Ermənistan hakimiyyətini uşaqları kasıblığın problemlərindən qorumaq üçün daha çoxiş görməyə çağırıb. Təşkilatın Yerevan ofisinin rəhbəri deyib ki, kasıb ailələrdə yaşayan uşaqların əksəriyyəti tibbi xidmət, təhsil almaq, başqa ictimai xidmətlərdən məhrum olurlar. Bu da onların gələcəkdə uğur qazanmalarına mane olur və kasıblıq dövriyyəsi formalaşdırır.

UNİCEF-in ehtimallarına görə Ermənistanda az gəlirli ailələrin yalnız üçdə-ikisi hökumətdən yardım ala bilir.

Yerevanda bir otelin dağıntıları içində yaşayan Mkhitar Mkhitarian bildirir ki, onun daimi işi yoxdur. Üç qızı və arvadı ilə güc-bəla ilə yaşayır. Hökumət isə bir köhnə maşını var deyə, ona yardım vermir.

Arvadı Nina da bildirir ki, onların dəlirləri uşaqların qarınlarını doyurmağa bəs etmir: “Çox nadir hallarda meyvə alırıq. Meyvə ala bilmək üçün günə 1000-1500 dram (2.6-4 dollar)pul lazımdır” – deyə Nina bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG