Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

N.Məmmədov: «Son məqama gələndə bəhanə axtarırlar ki, danışıqlardan qaçsınlar


Novruz Məmmədov

Novruz Məmmədov

«Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə görüşdən imtina etməsi münaqişənin həlli ilə bağlı danışıqları pozmağa yönəlib».

Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Dağlıq Qarabağın separatçı rejiminin yaydığı bəyanata münasibət bildirərkən deyib.

Həmin bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağın statusu müəyyənləşməyənə qədər erməni icması azərbaycanlı icma ilə görüşə getməyəcək.

N.Məmmədov deyib ki, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və Minsk Qrupu həmsədrlərinin təzyiqləri altında danışıqlara gedir, özlərini konstruktiv göstərməyə çalışırlar.

«Amma son məqama gələndə hər hansı bir bəhanə axtarırlar ki, danışıqlardan qaçsınlar», - deyə PA-nın şöbə müdiri qeyd edib.

Noyabrın sonunda Berlində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü planlaşdırılsa da, son məqamda ermənilər iştirakdan imtina ediblər. /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG