Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

Dağlıq Qarabağın erməni icması görüşə gəlmədi


Noyabrın 28-də Berlində «Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü» adlı tədbir keçirilib.

Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, tədbirə qatılmaqdan imtina ediblər.

Tədbirdə Azərbaycan tərəfdən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, deputatlar Rövşən Rzayev, Rasim Musabəyov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov iştirak ediblər.

Foruma yalnız Ermənistandan olan nümayəndələr qatılıblar.

Tədbirin təşkilatçısı Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, «Avroqafqaz» cəmiyyəti, Alman-Azərbaycan Forumu idi. /Trend/
XS
SM
MD
LG