Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:39

Türkiyəli biznesmenlər Ermənistanla əlaqələr qurur


Erməni və türk iş adamları Yerevanda, 22 noyabr 2011
Erməni və türk iş adamları Yerevanda, 22 noyabr 2011
Noyabrın 22-də Yerevanda ABŞ-ın maliyyə dəstəyi ilə Ermənistan və Türkiyə biznesmenlərinin forumu başlayıb. Onlar əməkdaşlıq haqda memorandum imzalayıblar.

Biznes-forumu Ermənistanın aparıcı biznesmen assosiasiyası, Türkiyənin Diyarbəkir şəhərində yerləşən Ticarət Palatası və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) təşkil edib.

Tədbirə Türkiyənin Ermənistanla sərhəd rayonlarını təmsil edən 50-dən çox biznesmen qatılıb. Onların çoxu Dağlıq Qarabağ münaqişəsi üzündən bağlı qalan sərhədlərin tezliklə açılmasını tələb edir. Ermənistandan 70 iş adamının da iştirak etdiyi forumda problemlər və onların həll yolları müzakirə olunub.

«SƏRHƏDLƏR BAĞLI QALDIĞI HALDA BELƏ TİCARƏT MÜMKÜNDÜR»

Diyarbəkir Ticarət Palatasının üzvü Diadin Gezer deyib ki, onlar uzun müddətdir iki ölkə arasında sərhədlərin açılmasına çalışırlar: «Dünyanın hər yerində ölkələr ticarət əlaqələrinin 60 faizini öz qonşuları ilə yaradırlar».

Sahibkarlar razılaşıblar ki, Türkiyə-Ermənistan ticarət əlaqələri diplomatik münasibətlər və açıq sərhədlər olmadan da inkişaf edə bilər. Diyarbəkirdə şokolad fabrikinin rəhbəri olan Firat Aslan deyib ki, bu, Türkiyə-Ermənistan əlaqələrini yalnız normallaşdıra bilərdi.

«Türkiyə-Ermənistan iqtisadi əlaqələri inkişaf etsə, bu, iki ölkəyə təzyiq olacaq ki, sərhədləri açsın», - А.Aslan AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib.

Türkiyə-Ermənistan sərhədi, 16 aprel 2009
Türkiyə-Ermənistan sərhədi, 16 aprel 2009
D.Gezer və Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Ghazarian arasında ticari əlaqələrin inkişafına dair memorandum imzalanıb.

TÜRKİYƏDƏN ERMƏNİSTANA MAL İXRACI ARTIB

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyə ilə ticarət dövriyyəsi 170 milyon dollara yaxın olub. Bu dövriyyənin 100 faizini də əsasən Türkiyədən Ermənistana ixrac təşkil edib.

Rəsmi Ankara 1993-cü ildə sərhədləri qapatdıqdan sonra iki ölkə arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Bu il ticarət dövriyyəsi 19 faiz artıb.

Yerevan forumunda Türkiyə-Ermənistan Biznes Şurasının üzvü, istanbullu biznesmen Noyan Soyak ikitərəfli əlaqələri 300 milyon dollar həcmində qiymətləndirib, deyib ki, bu rəqəm üç qat arta bilər.

Bu təşkilatın əsası 1990-cı ildə qoyulub, türk və erməni iş adamlarını birləşdirir. Qurumun türk üzvləri iki ölkə arasındakı münasibətlərin şərtsiz normallaşmasını
Yerevan forumu, 22 noyabr 2011.
Yerevan forumu, 22 noyabr 2011.
istəyirlər.

«TÜRKİYƏ TƏCRÜBƏSİNİ ÖYRƏNMƏYƏ EHTİYAC VAR»

Forum iştirakçıları öz firmalarını və məhsullarını da təqdim ediblər.

«Biz bura gəlmişik ki, Ermənistan sahibkarlarını Türkiyəyə dəvət edək». Bunu Diyarbəkirdə sığorta firmasının rəhbəri, erməni əsilli Gafur Turkay bildirib.

Bəzi erməni sahibkarı artıq belə dəvətlər alıb. Samvel Gasparian deyib ki, onun toxuculuq şirkəti 3 ildir Türkiyə xammalından istifadə edir:

«Bu sahə Türkiyədə çox inkişaf edib. Gərək onların təcrübəsini öyrənək, burda tərəfdaşlar tapaq».

Noyabrın 24-də Ermənistanın ikinci böyük şəhəri Gümrüdə Türkiyə-Ermənistan sərgisi də keçiriləcək. 80-ə yaxın Türkiyə və Ermənistan firması öz məhsullarını nümayiş etdirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG