Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:32

Svante Kornell: «Obama administrasiyası başa düşüb ki, Azərbaycanı itirə bilər»


Svante Kornell
Svante Kornell
«Obama administrasiyası başa düşüb ki, Azərbaycanı itirə bilər». Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında Vaşinqtondakı Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornell deyib.

O bildirib ki, Obama administrasiyası Azərbaycana heç vaxt lazımi diqqət göstərməyib:

«Onlar qəbul ediblər ki, Azərbaycan var və bizim müttəfiqimizdir. Amma onlara diqqət lazım deyil. Onlar başa düşüblər ki, bu siyasət davam etsə, Azərbaycanı itirə bilərlər».

Svante Kornell bildirib ki, Riçard Morninqstar və bundan sonra Robert Qeytsin Bakıya gəlişi iki ölkənin qarşılıqlı münasibətlərində yaşanan gərginliyin aradan qalxması üçündür:

«Amerika hökuməti başa düşüb ki, münasibətlərin belə qalması bəzi problemlərə yol aça bilər».

Kornell deyib ki, ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində apardığı siyasət Bakıdan fərqli görünür:

«Onlar qeyd edirlər ki, bu problemlər bir-biri ilə bağlıdır. ABŞ isə bunu qəbul etmirdi. Obama administrasiyası düşünürdü ki, Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi Azərbaycanın razılığı olmadan həll oluna bilər. Amma indi başa düşüblər ki, Azərbaycansız Qafqazda inkişaf yürütmək çətindir».

Svante Kornell deyib ki, Dağlıq Qarabağ problemində inkişaf olmasa, Türkiyə-Ermənistan münasibətlərində inkişaf olmayacaq. Kornell qeyd edib ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət arta bilər.


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

ROBERT QEYTS NİYƏ GƏLMİŞDİ?
XS
SM
MD
LG