Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

Bolqarıstan prezidenti Azərbaycana gəlir


İlham Əliyev və Georgi Pırvanov, 2009
İlham Əliyev və Georgi Pırvanov, 2009
Bolqarıstan prezidenti Georgi Pırvanovun (Georgi Parvanov) Azərbaycana rəsmi səfəri çərçivəsində ildə bir milyard kubmetr Azərbaycan qazının tədarükü imkanları müzakirə ediləcək.

Pırvanovun Azərbaycana səfəri noyabrın 14-də başlayır.

«Bolqarıstana bir milyard kubmetr təbii qaz nəql tədarük ediləcək. Bu resursu biz iqtisadiyyatımızda işə sala və digər bazarlarda həyata keçirə bilərik», - Pırvanov deyib.

2009-cu ildə Azərbaycan və Bolqarıstan bir milyard kubmetr qazın tədarükü haqqında memorandum imzalayıblar. Bolqarıstana sıxılmış Azərbaycan qazının çatdırılması imkanları da nəzərdən keçirilir.

XS
SM
MD
LG