Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57
-
«Azərbaycan Cənubi Qafqaz regionunda Macarıstanın böyük dostu və strateji tərəfdaşıdır». Bunu Azərbaycana səfəri ərəfəsində Macarıstan prezidenti Pal Schmitt «Trend»ə müsahibəsində deyib:

«Daha intensiv əməkdaşlıq üçün potensialımız və siyasi iradəmiz var. Biz «Cənub dəhlizi», «Nabucco» və AGRI kimi iri layihələrdə bir-birimizə bağlıyıq. Biz qətiyyətlə inanırıq ki, Azərbaycanda hasil edilən qaz yaxın illərdə Macarıstana və Mərkəzi Avropaya çatdırılacaq.

«Cənub dəhlizi» konsepsiyası təkcə enerji resurslarının nəqli marşrutu deyil, həm də Avropa İttifaqı və Xəzər regionundakı xalqlar arasında sıx əlaqədir» - deyə prezident bildirib.

Bakıda Macarıstan prezidentini 50 sahibkardan ibarət nümayəndə heyəti müşayiət edəcək.

Pal Schmitt Azərbaycana noyabrın 10-da səfər edəcək.

Bu, Macarıstan prezidentinin Azərbaycana ilk səfəridir.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG