Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:56

Ekspertin ehtimalı: «İran 4 kilotonluq bomba yaratmağa doğru gedir»


İrandakı Bushehr nüvə zavodu
İrandakı Bushehr nüvə zavodu
Britaniyanın xarici işlər naziri naziri William Hague deyib ki, “İranla mübahisə təhlükəli həddə çatıb”. “Münaqişə riski böyüyür”.

O bildirib ki, Britaniya hökuməti yaxın vaxtlarda İrana qarşı birtərəfli sanksiyalarını elan edəcək.

Sanksiyalar İranın “maliyyə, neft-qaz sektoruna və nüvə proqramı ilə bağlı fərdlərə qarşı yönələcək”.

Fransanın xarici işlər naziri Alain Juppe deyib ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının çağrılmasını və İrana qarşı yeni sanksiyaların müzakirə olunmasını istəyib.

Müşahidəçilərin fikrincə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) son hesabatı Qərb liderlərinə İrana qarşı yeni və çox sərt sankisyalara tam əsas verir.

İNDİKİ HESABATIN ƏVVƏLKİLƏRDƏN PRİNSİPİAL FƏRQİ

BAEA-nın İranın nüvə proqramı haqda əvvəlki hesabatlarında deyilirdi ki, agentlik İranın nüvə proqramının hərbidə mümkün istifadəsindən narahatdır.

İndiki bu son 25 səhifəlik hesabatda isə deyilir ki, İranın nüvə proqramının nüvə silahları ilə bağlı spesifik məqamları var və bu agentlik üçün yeni vəziyyət yaradır.

İran isə bildirir ki, öz nüvə proqramından “bir damcı da geri çəkilməyəcək”- bunu Beynəlxalq Atom Enerjisi Agentliyində İran nümayəndəsi Ali Ashgar Soltanieh deyib.

4 KİLOTONLUQ BOMBA?

İran nüvə silahı düzəltməkdə nə qədər irəliləyib?

BMT-nin nüvə silahları üzrə keçmiş müfəttişi, hazırda Vaşinqtondakı beyin mərkəzinin – Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun başçısı David Albright Daily Telegrapha deyib ki, İran təxminən 4 kiloton gücündə atom bombası yaratmağa gedir.

Yaponiyanın Xirosima şəhərinə atılan bomba 12-18 kiloton idi. Bu bomba 130 min adam qırdı.

Albright sovet aliminin köməyi ilə İranın yaratdığı R265 detonatorunun diametri və Pakistanın atom bombasını yaradan Aq Khandan alınan bomba dizaynına əsasən bu nəticəyə gəlir ki, İran yerdən onlarla metr hündürlükdə partlaya bilən xırda ölçülü nüvə başlığı düzəltmək istəyir.

Albright belə bir nüvə başlığının Pakistanda 1999-cu ildə sınaqdan çıxarıldığını bildirir.

RUSİYA, ÇİN ƏLEYHİNƏDİR

İrana qarşı sanksiyaların isə Rusiya qəti şəkilində əleyhinədir.

Rusiyanın xarici işlər nazirinin müavini Gennady Gatilov deyib ki, “İrana qarşı əlavə sanksiyaları beynəlxalq aləm İranda rejim dəyişikliyi vasitəsi kimi qiymətləndirəcək. Bu bizim üçün qəbul olunmazdır.”

Çin də açıq bildirir ki, yeni sanksiyaların əleyhinədir.
XS
SM
MD
LG