Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55
Hazırda Azərbaycan 5 ölkəyə milyardlarla kubmetr həcmində təbii qaz ixrac edir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Bundan 6.6 mlrd. kubmetr Türkiyəyə, 1.5 mlrd. Gürcüstana, 400 mln. kubmetr İrana, 750 mln. kubmetr Yunanıstana ixrac olunur. Həmçinin, Azərbaycan Rusiyaya qaz nəql edir.

«Azərbaycan qazının Avropaya nəqli üçün Bakı-Ceyhan neft kəmərində olduğu kimi, ən optimal nəql marşrutunu seçməliyik. Söhbət təkcə «Şahdəniz» deyil, Azərbaycanın digər yataqlarından çıxarılan qazdan da gedir», - deyə E.Nəsirov vurğulayıb.

Bir qədər əvvəl Azərbaycanla Türkiyə arasında imzalanan sazişə toxunan ARDNŞ rəsmisi bildirib ki, Türkiyə Azərbaycandan ildə 6.6 mlrd. kubmetr qaz alacaq. Çərçivə tranzit sazişinə əsasən isə, Türkiyə ərazisi ilə 10 mlrd. kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.

Müqaviləyə əsasən, Azərbaycan tərəfi yaradılacaq konsorsiumla birlikdə yeni qaz kəmərinin tikilməsi variantını nəzərdən keçirəcək. Bu kəmər Türkiyənin şərqindən qərbinə uzanacaq: «Bir neçə variant var. Onların birini seçib kəməri tikmək olar».

E.Nəsirov deyib ki, Türkiyə ərazisi ilə qazı üç variantda nəql etmək olar: «Birincisi mövcud infrastrukturu təkmilləşdirmək, ikincisi «Nabucco», üçüncüsü Türkiyə ərazisi ilə yeni qaz kəmərini çəkməkdir». /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG