Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:48

Naxçıvanda həbsxanadan qaçmış polis zabiti saxlanıb


Arxiv foto
Arxiv foto

Naxçıvan Daxili İşlər Nazirliyinin təcridxanasından qaçmış polis baş leytenantı Zaur Əliyev Muxtar Respublika hüquq mühafizə orqanı əməkdaşları tərəfindən təkrar həbs olunub.

Bu haqda Zaur Əliyevin yaxınları məlumat veriblər. Məlumata görə Zaur Əliyev oktaybrın 9-da Culfa rayonunun Bənəniyar kəndi yaxınlığında həbs olunub.

Oğurluğa görə həbs olunduğu deyilən Zaur Əliyevin oktyabrın 2-də Naxçıvan Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma təcridxanasından qaçdığı bildirilirdi. Yaxınları təcridxanada ona işgəncə verildiyini iddia edirdilər.

Naxçıvan Daxili İşlər Nazirliyindən məsələylə bağlı şərh vermək istəməmişdilər.

Zaur Əliyevin oktyabrın 9-da təkrar həbs olunması ilə bağlı məlumata da Naxçıvan DİN-dən münasibət bildirmək istəmədilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG