Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

ATƏT rəsmisi Qarabağ münaqişəsində ictimai fikrin dəyişməsini istəyir


Giedrius Cekuolis
Giedrius Cekuolis
AzadlıqRadiosu ATƏT-in uzunmüddətli münaqişələr üzrə xüsusi nümayəndəsi,
Litvalı diplomat Giedrius Cekuolis söhbət edir.

- ATƏT Dağlıq Qarabağda təmas xəttində monitorinq aparmaq üçün 3 tərəfi məlumatlandırmalıdır. Bu yol nə qədər effektiv nəzrət metodudur? Sizcə münaqişə tərəflərinin bu tələbi ATƏT-ə olan etimadı sual altına qoymur ki?

- Məsələ tərəflərin ATƏT-ə etimadından getmir, sual ondadır ki, tərəflər bir-birinə inanırlarmı? Biz Ermənistanda və Azərbaycanda olanda bir şey müşahidə etdik, hiss olunurdu ki, buradakı ictimai rəydə heç də tam fikir ayrlığı yoxdur. Maraqlısı budur ki, hakim dairələr ictimai fikri münaqişənin danışıqlar yoluyla həllinə hazırlamırlar. Biz düşünürük ki, tərəflər gərginliyi azaltmaq üçün iş görməlidirlər. Mənim nümayəndələrim bölgəyə səfər ediblər, mən, mənim xarici işlər nazirim, hər kəs bir daha vurğulayırıq ki, münaqişənin dinc yolla həllində siyasi iradəyə ehtiyac var, atəşkəsi gücləndirərək, təmas xəttindəki atışmaları nəzarətə götürərək, məsələn, snayperləri bir az uzaqlaşdıraraq.

«AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİ GÜCLÜDÜR»

Giedrius Cekuolis daha sonra əlavə edir.

- Çox güman ki, etimadı gücləndirməyi davam etdirmək lazımdır. Kəndlər var, qonşu kəndlər, orda yaşlı adamlar var, çox hörmət olunan adamlardır, əgər onlar ünsiyyətə girsələr, gənclər təmasda olsalar, nəsə etməyə başlasalar - mən bilmirəm – amma sonra yəqin bir-birinə atəş açmaq çətin olar. Bunlar sadə məsələlərdir əlbəttə, demək asandır, ancaq eləmək çətindir. Amma bu bizim mövqedir: siyasi istək və etimadı gücləndirmək. Etimadı gücləndirmək üçün adi addımlar atılmalıdır, Ermənistan və Azərbaycan prezidentləri tərəfindən, onlar çox güclüdürlər. Onların ordularına əmr vermək səlahiyyəti var.

XXI ƏSRDƏ MÜHARİBƏ MƏQSƏDƏ ÇATMAQ YOLU DEYİL

ATƏT rəsmisi qeyd edir ki, münaqişənin həlli üçün tərəfləri inandırmaq lazımdır, cəhdlər olunmalıdır. Özü də bunu tək ATƏT rəhbərliyi etməməlidir. Quruma üzv olan bütün ölkələr buna cəlb olunmalıdır.

Bu mənada Litvalı diplomat Rusiya prezidenti D.Medvedyevin fəaliyyətinin müsbət qiymətləndirdiyini dedi.

Onun qənaətincə, XXI əsrdə müharibə yolu ilə nəsə əldə etmək mümkün deyil.

Sayta hazırladı: Şahnaz Bəylərqızı
XS
SM
MD
LG